İstanbulda Türkiyənin elit universitetlərinin 22 tələbəsi terrorda ittiham olunur.
Boğaziçi Universitetinin tələbələri Türkiyənin Suriyada YPG kürd yarı-hərbi dəstəsinə qarşı hərbi əməliyyatını dəstəkləyənlərin əleyhinə etiraz aksiyası təşkil etdiklərinə görə həbs olunub.
Qohumları da daxil olmaqla, tələbələri dəstəkləyənlər çərşənbə məhkəmə qarşısında nümayiş keçirib.
“Biz bura onları geri almaq üçün gəlmişik. O uşaqlar tamamilə günahsızdır. Onlar sadəcə bəzi şüarlar səsləndirib və nümayiş zamanı posterə yaxın dayanıb. Onlara qarşı irəli sürülən ittihamlar bunlardır. Amma biz ədalətə etibar etmək istəyirik, ona görə də uşaqlarımızı almağa gəlmişik”- deyə, həbs olunan tələbələrdən birinin anası Özgür deyib.
İki aydır həbsdə olan 14 tələbənin vəkilləri onların bəzilərinin döyüldüyünü və təhqir olunduğunu deyir.
Tələbələr Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarının birində Suriyadakı hərbi əməliyyata etiraz etdiklərinə görə onları terrorçu adlandırmasından sonra həbs edilib.
Bu yaxınlarda Ərdoğan bir neçə universiteti hədəf alaraq, onları təxribatçılıq mərkəzi olmaqda ittiham edib. Bu isə Ərdoğanın təqiblərinin arxasında siyasətin dayandığı ilə bağlı şübhələri artırıb.
Sorğu
Yeni dizaynımız necədir?