Suriya prezidenti Bəşər Əsədin keçmiş ABŞ prezidenti Barak Obamaya məktub yazdığı aşkarlanıb.
gundemxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri "Every Day Is Extra" (Hər gün artıqdır) adlı kitabında qeyd edib.
Kitabda bildirilib ki, Bəşər Əsəd 2010-cu ildə İsraillə münasibətlərin yaxşılaşması üçün Barak Obamaya gizli məktub yazıb. O, Obamadan vasitəçi olmağı istəyib.
Kerri məktubda İsrailin Holan yüksəkliklərini qaytaracağı təqdirdə Suriyanın İsrailə bəzi məsələlərdə güzəştə getməyə hazır olması barədə yazıldığını kitabında qeyd edib.
O, həmçinin kitabında Bəşər Əsədi yalan danışmaqda günahlandırıb.
"Dörd metr uzaqda oturarkən sizə yalan danışan şəxs öz xalqını öldürdükdən sonra dünyaya da yalan danışa bilər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?