Barselonada keçirilən etiraz aksiyaları ilə əlaqədar 30 polis əməkdaşı xəsarət alıb.
gundemxeber.az xəbər verir ki, etiraz aksiyaları əsasən Katoloniyada keçirilən referendumun bir illiyi münasibəti ilə təşkil edilib. Katoloniya polisindən agentliyə verilən məlumata görə aksiyalarda əsasən İspaniyadan ayrılmağın tərəfdarları iştirak edib. 180 min nəfərin iştirak etdiyi aksiya yürüşü Katoloniya parlamentinin önündə tamamlanıb. Burada iştirakçılar polis baryerini yara biliblər. Nəticədə polislər iştirakçılardan qorunmaq üçün parlament binasına sığınmalı olublar. Qeyd edək ki, İspaniyanın tərkibindən ayrılmaq istəyən və ən zəngin regionlarından olan Katoloniya muxtariyyəti 2017-ci ilin oktyabrın 1-də ayrılmaq üçün birtərəfli qaydada referendum keçirib. Referendumda iştirakçıların 90 faizi ayrılmaq tərəfdarı olduqlarını ifadə ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?