Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb.
Hadisə noyabrın 5-dən 6-na keçən gecə paytaxt Yerevanın Noraqavit inzibati ərazi dairəsində qeydə alınıb. Belə ki, Yerasxavan-Yerevan yolu ilə hərəkət edən “Nissan Tiida” markalı avtomobil Dövlət Yol Polisi məntəqəsinin hasarına çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər hadisə yerində ölüb, ağır yaralanan 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölən 3 nəfərin meyiti isə zərbə nəticəsində maşından yola atılıbmış. Həmin meyitlər qəza yerindən bir neçə metr aralıda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?