“Azərbaycanın sərhəd xətlərindəki hərbi birlikləri çox güclüdür”.
Bunu Ermənistanın keçmiş kəşfiyyat qrupunun komandiri Vova Vartanov deyib.
O, Azərbaycanın təmas xətti (Qarabağ) və Naxçıvan istiqamətindəki birliklərinin də güclü olduğunu etiraf edib:
“Son illər Azərbaycan təmas xətti və sərhədboyu bölgələrdə öz hərbi birliklərini olduqca gücləndirib”.
Erməni kəşfiyyatçısı xüsusilə Qazax istiqamətinə diqqət yetirməyi lazım bilib. O, hesab edir ki, Ermənistan bu istiqamətdə hərbi qüvvələrinin sayını artırmaq haqda düşünməlidir: “Çünki müharibə vəziyyətində Azərbaycan Qarabağ və digər istiqamətdə hərbi qüvvələrinin sayını dəfələrlə gücləndirməyə qabildir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?