GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Xəritədəə daha bir şəriət dövləti

Xəritədəə daha bir şəriət dövləti

Tarix: 14-12-2012, 12:49 Bölmə :Dünya Baxış: 649
Xəritədəə daha bir şəriət dövləti
İslam dünyasında yazılmamış qayda: dünyəvi qanunlar ona görə yazılır ki, onları pozasan

gundemxeber.az Ötən əsrin 90-cı illərində Fransanın dövlət xadimlərindən biri demişdi ki, 21-ci əsr din əsri olacaq. Qərb ölkələrinin timsalında bu fikrin təsdiqini tapmaq çətin olsa da Şərqdə hər şey göz önündədir – azacıq azadlıq və sərbəstlik qazanan, diktatura rejimindən xilas olan bütün müsəlman dövlətləri öz inkişafları üçün şəriət rejimini seçirlər. Bu mənada «ərəb baharı» yaşayan ölkələr də istisna olmadı. Budur, neçə vaxtdır ki, Misir sakitləşmək bilmir, etirazlar davam edir. Amma təhlilçilər bu prosesdə bir məsələyə nədənsə az diqqət yetirirlər. Bunun səbəbi də budur ki, ölkədə eyni vaxtda bir neçə məsələ problemə çevrilib ki, hətta etirazçıların özləri də bəzən onların sırasını səhv salırlar.
Bəli, məsələ bundadır ki, eyni vaxtda iki məsələ bir-birinə qarışdı. Prezident özünün səlahiyyətlərini artırmağa, faktiki olaraq hakimiyyəti uzurpasiya etməyə çalışdı. Amma nə yaxşı ki, cəmiyyət sayıqlığını hələ itirməmişdi. Tez bir zamanda etiraz dalğaları ölkəni bürüdü. Sonda prezident güzəştə getməyə məcbur oldu, səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərarını ləğv etdi. Amma burada maraqlı nüans var. Bu həftə misirlilər həm də referendumda yeni konstitusiya layihəsinə səs verməli olacaqlar. Onun əsasını isə bəlli olduğu kimi şəriət qanunları təşkil edir. Müxalifətçilər prezidentlə görüşdə referendumun da müddətinin geri çəkilməsini tələb etmişdilər. Amma prezident onların bu tələbini hələ yerinə yetirməyib və referenduma artıq dördcə gün qalıb. Bəlkə də prezident öz səlahiyyətlərini çox kəskin şəkildə artırarkən məhz buna – cəmiyyətin diqqətinin referendumdan yayınmasına çalışırdı. İndi müxalifət referendumu da diqqətdə saxlasa da cəmiyyətin bir qismi həqiqətən də çaşdırıldı. Bundan əvvəl ölkə ictimaiyyəti üç hissəyə bölünmüşdü: M. Morsinin tərəfdarları, prezidentin səlahiyyətlərinin artırılmasının əleyhinə olanlar və bir də həm referendumun, həm də məlum qərarın əleyhinə olanlar. İndi faktiki olaraq üçüncülər tək qalıb. Onlar referendumun müddətini uzada biləcəkmi? Çətin sualdır. Düzdür, referendum hələ dinçilərin qələbəsi demək deyil, ona görə ki, onun baş tutması üçün əksəriyyət «hə» deməlidir. Amma beynəlxalq təhlilçilər artıq yeni şəriət rejiminin bərqərar olmasından yazırlar.
Çox qəribədir. Misir üç Nobel mükafatı laureatının vətənidir, ölkə digər ənənəvi ərəb ölkələrindən həmişə fərqlənib və həmişə ərəb dünyasında liderliyə can atıb, əksər hallarda da buna nail olub. İnqilab vaxtı bir məsələ diqqətdə saxlanırdı: ölkə dünyaya nə qədər açılacaq? Etiraf edək ki, bunun ciddi təzahürlərini görmək mümkün olmadı. Bəlkə də bunun səbəbi o idi ki, ölkə əvvəlki dövrlərdə çox da qapalı olmamışdı. Əksinə diqqət çəkən başqa bir detal vardı. Etirazçılar çıxışlarında, məsələn, tanınmış yazıçı Naguib Mahfouz-un (N. Məhfuz) da «pay»ını verməyi unutmurdular, onu Misir cəmiyyətinin həyatını təhrif etməkdə, bu həyata yad Qərb dəyərlərini gətirməkdə qınayır, hətta onun əsərlərinin yasaq olmasını tələb edirdilər. Bu, çox maraqlı, ziddiyyətli məqamdır. Amma tanış detaldır. İran inqilabından əvvəl, şah dövründə İran cəmiyyəti də Qərb üçün daha açıq idi. Amma sonra nə oldu? Necə deyərlər, sonrasını hamı bilir…
Bəli, Misir yol üstündədir. O, bir neçə yoldan birini seçməlidir. Ölkə şəriətə meyl edir. Başqa müsəlman ölkələri kimi Misiri də buna təhrik edən əsl səbəbləri heç kim bilmir. Nədən müsəlman ölkələri şəriəti bu qədər ideallaşdırırlar? Bəli, onlar belə hesab edir ki, bu, Allahın qoyduğu qaydalardır və o, insanların yaratdığı bütün hüquq sistemlərindən daha mükəmməldir. Amma burada başqa bir detalı da görməmək mümkün deyil. Müsəlmanlar dünyəvi qaydalara o qədər etinasızdırlar ki, onları yalnız bir halda qəbul edə bilərlər – bu qaydaların Allahdan gəldiyinə əmin olsalar. Ömrü boyu müsəlmanlar iki hüquq sistemində yaşayır. Biri onların qəlbində olan Allah qanunlarıdır və bununla müsəlmanlar o dünyadakı sorğulara verəcəkləri cavabı müəyyən etməyə çalışırlar, digəri isə daha çox və tez-tez ayaqlar altına atılan dünyəvi qanunlardır. Onlar qərblilərdən fərqli olaraq dünyəvi qanunları qanları ilə yazmayıb və qəlbləri ilə qəbul etməyiblər. İlk az-çox mükəmməl qanun onlara dindən gəlib və ona görə də onun sehrindən ayrıla bilmirlər. Həm də onlar gözlərini açıb bir qayda görüblər. O da budur ki, dünyəvi qanunlar ona görə yazılır ki, onları pozasan.
Qərblilərdən fərqli olaraq onlar yaşadıqları dövlətlərdə dünyəvi qanunların aliliyini görməyiblər və gördükləri bu, olub ki, qanunları ilk növbədə məhz onları yazanlar pozur…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ilk müstəqil şəriət bankı yaranır, faiz olmayacaq...

    Azərbaycanda ilk müstəqil şəriət bankı yaranır, ...

    19-02-2016, 14:02

  • 
  • Suriya hadisələrinin pərdəarxası

    Suriya hadisələrinin pərdəarxası ...

    10-12-2012, 13:47

  • 
  • Kremlin yeni imperiya planları

    Kremlin yeni imperiya planları ...

    20-12-2012, 13:25

  • 
  • Azərbaycan üçün demokratiya tələbi

    Azərbaycan üçün demokratiya tələbi ...

    18-04-2013, 09:55

  • 
  • Amerikalı yazıçı “ərəb baharı” və Qafqaz haqqında

    Amerikalı yazıçı “ərəb baharı” və Qafqaz haqqında ...

    5-05-2013, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu