Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov ABŞ-ın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxması qərarını rus mətbuatına şərh edib.
Eks-prezidentin fikrincə, bununla ABŞ mütləq hərbi üstünlük əldə etmək və dünyaya öz iradəsini qəbul etdirmək məqsədi güdür.
Mixail Qorbaçov Amerika xalqını və Konqresi rəsmi Moskva ilə dialoqa çağırıb.
“Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə 1987-ci il 8 dekabr tarixində Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov imza atıb.
Bu il fevralın 2-də Donald Tramp ABŞ-ın müqavilədən çıxdığını elan edib.//Teleqraf.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?