Seçkiləri uduzarsa, Ukrayna prezidenti Pyotr Poroşenko İspaniya və ya Moldovaya qaça bilər.
Gundemxeber.az xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının deputatı Sergey Leşenko bildirib. “Poroşenkonun cəzalandırılması üçün böyük sorğu olacaq. Yəni, yalnız yeni prezident Poroşenkonu sevməyəcək, həm də onu cəzalandırmaq üçün cəmiyyətdə böyük sorğu olacaq”, - o deyib. Parlament üzvü vurğulayıb ki, Poroşenkonu korrupsiyaya görə cəzalandırmaq lazımdır. Politoloq Andrey Suzdalsev isə qeyd edib ki, Poroşenkonun artıq çamadanları yığışdırdığını və qaçmağa hazır olduğunu demək hələ tezdir. “Birincisi, o, son dəqiqəyə kimi Vaşinqtona bel bağlayacaq və birbaşa göstəriş almadan heç yerə tərpənməyəcək. İkincisi, Poroşenko, əlbəttə, hakimiyyətdə qalmaq üçün istənilən variantları axtarmalı olacaq”, - o, “Sputnik” radiosunun efirində deyib. Politoloq hesab edir ki, Poroşenkonun siyasi karyerasının finalı haqqında nəticə çıxartmaq hələ tezdir. “Qlavred” nəşri üçün məqaləsində Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimir Lanovoy bildirib ki, Poroşenko ölkədən qaçmağa hazırlaşır. Sabiq məmurun fikrincə, Ukrayna prezidenti seçkiləri uda bilməyəcəyini, orduda dəhşətli vəziyyətə və korrupsiyaya görə cavab verməli olduğunu anlayıb. Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək. Əvvəlcə prezident postuna 44 namizəd iddia edirdi, ancaq sonra beş nəfər seçkiqabağı kampaniyadan imtina edib. “Sofiya” sosial tədqiqatlar mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir edir ki, ukraynalıların 20,3 faizi şoumen Vladimir Zelenskiyi dəstəkləməyə hazırdır. İkinci yeri keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko tutur. Ölkə sakinlərinin 13,9 faizi səslərini ona verməyə hazırdır. Üçüncü yerdə isə respondentlərin 13,1 faiz səsi ilə Poroşenko gəlir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?