GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin şəxsi həyatı - Rusiya mətbuatı üçün tabu

Putinin şəxsi həyatı - Rusiya mətbuatı üçün tabu

Tarix: 30-05-2019, 11:55 Bölmə :Dünya Baxış: 481
Putinin şəxsi həyatı - Rusiya mətbuatı üçün tabu


Adətən əkiz övladların dünyaya gəlişi böyük sevinclə qarşılanır və əgər valideynlərdən biri hökumət başçısı, digəri isə tanınmış ictimai fiqurdursa, o zaman adətən körpələrin fotoları mətbuat səhifələrini doldurur. Lakin Vladimir Putinin idarə etdiyi Rusiyada belə görünür vəziyyət fəqrlidir: ölkədə Putinin şəxsi həyatının mediada müzakirəsi qadağandır.

Artıq bir müddətdir Moskvada Rusiya liderinin 36 yaşlı sevgilisi, gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın bu ayın əvvəli Moksvada dünyaya əkiz körpələr gətirdiyi haqda şayiələr dolaşır. Putin və “gizli birinci xanım” ləqəbi almış Kabayeva haqda şayiələr ilk dəfə 2008-ci ildə Kabayevanın İsveçrədə deyilənə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskinin məsləhət gördüyü özəl klinikada dünyaya övlad gətirdiyi zaman dolaşmağa başlamışdı.

Kreml o vaxt da indi olduğu kimi Kabayevanın doğuşu haqda məlumatları gizlətməyə çalışırdı. Özəl həyatını məxfi saxlayan Putin (bu, onun Dövlət Təhlükəsizlik Komitəsi –KQB-də işlədiyi vaxtlar yaranan bir vərdiş ola bilər) Kabayeva ilə münasibətləri olduğunu uzun vaxtdır inkar edir.

Mümkün romantik münasibətlər haqda bir dəfə sualı cavablandırarkın Putin deyib: “Mən həmişə xəstə burunları və erotik fantaziyaları ilə insanların şəxsi həyatına qarışan adamlar haqda mənfi fikirdə olmuşam.”

Arxiv fotosu - Rusiya prezidenti Vladimir Putin və Alina Kabayeva Kremldə ziyafət zamanı, 4 noyabr, 2004.
Putin 2013-cü ildə həyat yoldaşı Lyudmila Şkrebnevadan boşandığını elan etmişdi. Onların bu 30 illik evlilikdən iki qızları var. Putin Aeroflot hava yollarının keçmiş bələdçisi və rus dili müəllimi olmuş həyat yoldaşından ayrıldığını Kremldə balet tamaşasının fasiləsi zamanı ictimaiyyətə açıqlayaraq, bunun qarşılıqlı razılaşma əsasında əldə edilmiş qərar olduğunu demişdi. Putinlə boşandıqdan sonra Lyudmila Şkrebneva yenidən ailə qurub və ictimaiyyət arasında az-az görünür.

Rusiya kütləvi informasiya vasitələrindəki mənbələrə əsasən, Kreml bu dəfə də əkizlərin doğulması haqda xəbərlərə operativ şəkildə reaksiya verərək, Putinin şəxsi həyatı haqda məlumatlar verən qəzet və xəbər saytlarına münasibətdə qəti mövqeyini bir daha nümayiş etdirib. 2016-cı ildə Rusiyanın RBK tele kanalının üç redaktoru Putinin sərvəti haqda materiallara görə işdən çıxarılıb.

İlk dəfə Rusiya liderinin yaxın çevrəsinə daxil olan oliqarx Arkadi Rotenberqin sahibi olduğu “Moskovskiy Komsomolets” veb saytı Alina Kabayevanın əkizləri dünyaya gətirdiyi haqda məlumat verib. Lakin material dərhal səhifədən çıxarılıb. Rusiya rəsmiləri bununla bağlı şərh verməkdən imtina edir.

Lakin bundan sonra Kabayeva haqda digər xəbər səhifələrində də məlumatlar verilməyə başlayıb. Bunlardan biri dni.ru saytında “Əkizləri olmuş Kabayeva yox olub” başlığı altında çıxan məqalədir.

Putinin yaxın çevrəsinə aid olan daha bir oliqarx-Aleksandr Karmanova məxsus Dom2Life şoubiz veb saytında Kabayeva haqda ilk dəfə məlumat onun mayın 12-də 36 yaşının tamam olduğu gün verilib.

Rusiyada araşdırmaçı jurnalist Sergey Kanevə əsasən, Kabayeva əkiz oğlanları Kulakov adına klinikada Qeysər kəsiyi cərrahiyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Kabayeva üçün klinikada əvvəlcədən bir mərtəbənin hazırlandığı deyilir. Britaniyanın Daily Mail qəzetinə müsahibə verən Kanev deyib ki, əməliyyat italiyalı həkimin iştirakı ilə keçib.

Alina Kabayeva böyük idmandan getdikdən sonra model kimi çalışıb və 2014-cü ilə qədər Rusiya parlamentinin qanunuvericisi olub. O hazırda Milli Media Qrupunun rəhbəridir.

Kabayeva haqqında xəbərlərin belə gizli saxlanması Rusiyada mətbuat azadlığının daha məhdudlaşdırıldığı və Kremlin xəbərlərin təqdimatına nəzarətini gücləndirdiyi vaxta təsadüf edir.

Bu ayın gündəlik Kommersant qəzetinin ondan çox jurnalisti tanınmış muxbirlər İvan Afronov və Maksim İvanovun işdən çıxarılmasına etiraz olaraq qəzetdə fəaliyyətlərini dayandırdıqlarını elan edib. Jurnalistlər Avronov və İvanovun müəllifləri olduğu məqalənin Kreml tərəfindən bəyənilmədiyini bildirib.

Qəzetin sahibi Putinlə yaxın əlaqələrə malik milyarder oliqarx Alişer Usmanovdur.

Mart ayında Kommersant qəzetinin daha bir jurnalisti Mariya Karpenko Sank Peterburqda siyasi hadisələrlə bağlı məqalələrinə görə işdən çıxarılıb.

Müstəqil The Bell xəbər agentliyinə əsasən, Kommersant digər rəqib media qurumları arasında Kremldən müstəqilliyini saxlaya bilsə də, siyasi mövzularda senzuraya məruz qalırdı, lakin jurnalistliərin kütləvi şəkildə qəzeti tərk etməsi bu müstəqilliyi sul altına altına almış olur.

Rusiya jurnalistləri hökumətin xəbər redaksiyalarının müstəqilliyini daha da çox məhdudlaşdırmağa çalışacağından ehtiyat edir. Mart ayında Putin “saxta xəbərlər”in yayılması və “hökumətə hörmətsizlik” haqda qanunlara imza atıb. Bu qanunları pozanlara qarşı cərimələr və həsb cəzaları tətbiq ediləcək. Müşahidəçilər qanunların qeyri-məyyən yazılışının azad mətbuatın bundan sonra daha da çox sıxışdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin sevgilisi "Milli Media Qrup”u Direktorlar Şurasının sədri seçildi

    Putinin sevgilisi "Milli Media Qrup”u ...

    1-10-2014, 11:57

  • 
  • Putinin sevgilisi özünə təzə iş tapdı

    Putinin sevgilisi özünə təzə iş tapdı ...

    16-09-2014, 10:44

  • 
  • “Putin gizli şəkildə evlənib...” – Üzük sirri açdı

    “Putin gizli şəkildə evlənib...” – Üzük sirri açdı ...

    5-09-2017, 15:17

  • 
  • Putinin sevgilisi: "Ərə getmək istəyirəm"-FOTOLAR

    Putinin sevgilisi: "Ərə getmək ...

    10-06-2013, 17:24

  • 
  • Putin Romaya 50 zirehli maşınla gəlib

    Putin Romaya 50 zirehli maşınla gəlib ...

    27-11-2013, 05:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu