Təxminən iki min qeyri-qanuni mühacirin mümkün deportasiya qərarının yerinə yetirilməsi məqsədilə ölkə boyu reydlər bazar günü çox satik şəkildə başlayıb.
“Biz işinə məhkəmə tərəfindən baxılan və hakimin qərarını verdiyi insanları hədəf alırıq” - deyə, Birləşmiş Ştatlar Mühacirət və Gömrük Agentliyi rəisi vəzifəsini icra edən Matt Albens bildirib.
O, reydlərin harada keçirildiyi və artıq neçə nəfərin həbs edildiyi barədə məlumat verməyib.
Lakin miqrant icmalarında böyük şəhərlərdə qara dəbilqəli agentlərin bağıraraq qapıları döyəcəkləri ilə bağlı qorxuları boşa çıxdı.
Xəbərlərə görə, Mayami, Nyu-York, Atlanta və Baltimor kimi şəhərlərdə kilsə xadimləri və vəkillər həbs edilməklə bağlı şübhəsi olanlara sığınacaq və yardım təklif edir. Onlar mühacirlərə axtarışla bağlı sənəd göstərmədən qapılarını keç kimə açmamalarını tövsiyə edir.
Onlar həmçinin artıq nəzarət altına alınanlara vəkil olmadan heç bir suala cavab verməmələrini və heç bir sənədə imza atmamaları barədə xəbərdarlıq edir.
Böyük şəhərlərin merlərinin əksəriyyəti demokrat olduğu üçün onlar yerli rəsmiləri federal immiqrasiya rəsmiləri ilə əməkdaşlıq etməməyə çağırır.
The New York Times reydlər barədə məlumat verən ilk mətbuat orqanıdır. Qəzet yazır ki, reydlər 10 əsas şəhərdə aparılacaq və bir neçə gün davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?