Prezident Donald Trampın ABŞ müdafiə naziri postuna irəli sürdüyü namizəd Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemi almaq planını sərt tənqid edib. Ordu Katibi Mark Esper Rəcəb Tayyib Ərdoğan hökumətinin ötən həftə sistem hissələrini Rusiyadan qəbul etməsini “yanlış” adlandırıb.
“Onların (Türkiyənin) S-400 barədə qərarı yanlışdır və məyusedicidir,” deyə Esper Senatın Silahlı Qüvvələr Komitəsi dinləməsində bəyan edib. Dinləmənin məqsədi Mark Esperin müdafiə naziri postuna təsdiq edilməsidir.
Siz ya S-400-ə, yaxud da F-35-ə malik ola bilərsiz. Hər ikisinə yox. Ankaranın son qərarı ruslara inkişaf etmiş radar texnologiyasını NATO-nun əsas müttəfiqlərindən birində yerləşdirmək imkanı verir. Bu, isə öz növbəsində NATO-nun Türkiyədəki mövcud hərbi sistemini təhlükə altına qoyur.
S-400 raketlərindən potensial olaraq NATO təyyarələrini hədəf almaq üçün istifadə oluna bilər. Bu sıraya NATO-nun son model təyyarələri olan F-35 İldırım II daxildir.
Xüsusi texnoloji cəhətlərə malik F-35 İldırım II dünyanın ən qüdrətli hərbi təyyarələrindən biri sayılır. Esper Türkiyə müdafiə naziri Hulusi Akara telefon zəngində söylədiklərini senatorlar qarşısında təkrarlayıb: “Siz ya S-400-ə, yaxud da F-35-ə malik ola bilərsiz. Hər ikisinə yox.”
“S-400-ün alınması F-35-in imkanlarını və bizim səmalardakı üstünlüyümüzü risk altına qoyur,” Esper əlavə edib.
Bir neçə saat sonra Tramp namizədinin Konqres qarşısında dediklərinə dəstək ifadə edib və elan edib ki, Vaşinqton Ankaraya F-35 satmayacaq.
“Biz məsələ üzərində işləyirik. Görək nə olacaq, ancaq bu, insaflı deyil,” Tramp deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?