GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə və ABŞ Suriyanın şimalında birgə patrul əməliyyatı keçirib

Türkiyə və ABŞ Suriyanın şimalında birgə patrul əməliyyatı keçirib

Tarix: 9-09-2019, 15:34 Bölmə :Dünya Baxış: 748
Türkiyə və ABŞ Suriyanın şimalında birgə patrul əməliyyatı keçirib


Türkiyə və ABŞ hərbi qüvvələri Suriyanın şimal-şərqində “təhlükəsizlik zonası”nın yaradılması planlarının bir hissəsi olaraq, ilk birgə patrul əməliyyatı keçirib. Ankara qeyri-sabit bölgədə “təhlükəsizlik zonası”nın yaradılmasına çalışır.

Türkiyə 30 kilomertlik “təhlükəsizlik zonası”nın Ankaranın təhlükə hesab etdiyi, lakin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə müttəfiqi olan Suriya kürdlərinin döyüşçülərinin sərhəddə qarşısını alacağına ümid edir.

Kürdlərin başçılıq etdiyi qüvvələr sərhəddən 14 kilometr geri çəkilib, lakin Türkiyə 30 kilometrlik buffer zonasının yaradılmasına çağırır.

Associated Press agentliyinin Tal Abyad şəhərində olan jurnalistləri üzərində Türkiyə bayraqları olan ondan çox zirehli maşının Suriyaya keçdikdən sonra sərhəddə dayandığını, onlardan bir qədər məsafədə olan Amerika hərbi maşınlarının isə gözlədiyini gördüklərini bildiriblər.

Ərazi üzərində iki helikopterin uçduğu haqda məlumat verilib. Türkiyənin Müdafiə Nazirliyi birgə patrul əməliyyatının başladığını təsdiq edib və pilotsuz uçan cihazlardan da istifadə edildiyini bildirib.

Vaşinqton son illər NATO üzrə müttəfiqi olan Türkiyə və İŞİD militantlarınının ərazidən təmizlənməsində tərəfdaşlıq etdiyi kürd döyüşçüləri arasında zorakılıqlara yol verməmək üçün vasitəçilik etməyə çalışıb.

Vaşinqton və Ankara arasında keçən ay əldə edilmiş ilkin razılıq nəticəsində Türkiyə tərəfindən hücum təhlükəsinin qarşısı alınıb. Lakin Ankara və Suriya Demokratik qüvvələri kimi tanınan kürdlərin başçılıq etdiyi qüvvələr arasında razılığın detalları üzərində iş davam etdirilir.

Ölkədə gedən vətəndaş müharibəsi dövründə kürd qüvvələrinin nüfuzunu genişləndirməsinin qarşısını almaq üçün bir neçə dəfə Suriyaya müdaxilə edən Türkiyə keçən il Mənbicdə ABŞ hərbi qüvvələri ilə birgə patrul əməliyyatı keçirmişdi.

Bazar günü patrul əməliyyatı isə ABŞ hərbi qüvvələrinin daha çox sayda mövcud olduğu və təhlükəsilik zonasının bir hissəsi hesab edilən Fərat çayının şərqində ilk birgə patrul əməliyyatıdır.

Türkiyə rəsmiləri ərazini “təhlükəsizlik zonası” adlandırsa da, Vaşinqton və kürdlərin başçılıq etdiyi qüvvələr bunu Suriyanın şimal-şərqində gərginliklərin azaldılmasl üçün yaradılan “təhlükəsizlik mexanizmi” adlandırır.

Türkiyə üçün “təhlükəslik zonası” böyük əhəmiyyət daşıyır, belə ki, Ankara illərdir sığınacaq verdiyi Suriya qaçqınlarının bu ərazidə yerləşdirilə biləcəyinə ümid bəsləyir. Bu prosesin necə baş verəcəyi aydın deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə ABŞ-ın kürdlərin təhlükəsizliyi ilə bağlı tələblərini tənqid edir

    Türkiyə ABŞ-ın kürdlərin təhlükəsizliyi ilə bağlı ...

    9-01-2019, 12:29

  • 
  • Türkiyə qüvvələri Suriyada Afrinə daxil olub

    Türkiyə qüvvələri Suriyada Afrinə daxil olub ...

    21-01-2018, 23:50

  • 
  • İŞİD Türkiyənin cənubunu ələ keçirir

    İŞİD Türkiyənin cənubunu ələ keçirir ...

    27-08-2015, 23:00

  • 
  • Türkiyə qüvvələri Afrini mühasirəyə aldığını bildirir

    Türkiyə qüvvələri Afrini mühasirəyə aldığını ...

    14-03-2018, 12:00

  • 
  • Rusiya Türkiyə ilə sərhəddə yeni hərbi baza yaradır

    Rusiya Türkiyə ilə sərhəddə yeni hərbi baza ...

    22-01-2016, 16:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu