ABŞ-ın Florida ştatındakı hərbi bazaya hücumdan sonra Pentaqon Səudiyyə Ərəbistanından olan bütün kursantları yoxlayıb.
Bu barədə ABŞ-ın Əks-kəşfiyyat və Təhlükəsizlik direktoru Harri Rid danışıb.
Onun sözlərinə görə, yoxlamalar zamanı heç bir təhlükə aşkarlanmayıb. Hazırda əldə edilən informasiyaların təhlili aparılır.
Xatırladaq ki, Pensakola bazasına hücum zamanı üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Hücumu təşkil edən səudiyyəli kursant bir saat davam edən əməliyyat nəticəsində təhlükəsizlik orqanları tərəfindən öldürülüb.
Sorğu
Yeni dizaynımız necədir?