İran İraqda ən yüksək generalının ABŞ tərəfindən öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi bazasına təşkil etdiyi raket hücümü Trampın 2015-ci il İranla nüvə sazişidən çıxmasından bəri təxminən iki il durmadan artan gərginliyin zirvəsidir.
Hazırda iki ölkə 1979-cu il İslam inqlabından və ABŞ səfirliyinin ələ keçirilməsindən bəri ən ciddi qarşıdurma vəziyyətindədir. Hər iki tərəfin təmkin siqnalı verməyinə baxmayaraq, müharibə təhlükəsi hələ də qalmaqdadır.
Bu həftə hücumlara qədər baş verən hadisələrin xronoloji ardıcıllığı:
8 May 2018 - Tramp Amerikanın onun sələfi, keçmiş Barak Obama tərəfindən imzalanan və İranın nüvə proqramına qoyulan məhdudiyyətlərin qarşılığında sanksiyaları yüngülləşdirilməsini nəzərdə tutan sazişdən çıxdığını elan etdi. Növbəti bir neçə ay ərzində ABŞ İranda iqtisadi böhranın artmasına gətirib çıxaran sanksiyaları gücləndirir.
5 Noyabr 2018 - ABŞ İran iqtisadiyyatının əsaslandığı neft sənayesinə sərt sanksiyalar tətbiq edir. Dövlət katibi Mayk Pompeo sanksiyaların aradan qaldırılması üçün yerinə yetirilməsi gərəkli olan 12 tələbin siyahısını açıqlayır. İran bölgədəki silahlı qruplaşmalara dəstəyini sona çatdırmaq, Suriya vətəndaş müharibəsinə müdaxiləyə son qoymaq və ballistik raket proqramını dayandırmaq kimi geniş tələbləri rədd edir.
5 May 2019 - "Artmaqda olan narahatlıqlar və gərginliklər səbəbi ilə" ABŞ detalları təqdim etmədən Abraham Linkoln təyyarədaşıyan gəmi və dörd B-52 bombardmançı qrupunu Yaxın Şərq bölgəsinə yerləşdirir. Birləşmiş Ştatlar hər hansı hücuma "sarsılmaz qüvvə" ilə cavab veriləcəyi ilə hədələyir.
8 may 2019 - İran dünya qüdrətləri ilə nüvə sazişinə dair yeni razılaşmalar əldə olunmadığı təqdirdə, uranın silah istehsalında istifadə edilə biləcək səviyyədə zənginləşdiriləcəyi ilə təhdid edir. Avropa Birliyi isə İranı nüvə sazişinə hörmət etməyə çağıraraq, bu ölkə ilə ticarətini davam etdirməyi planlaşdırdığını bildirir. Tramp İran liderlərin "ona zəng etməsini" istədiyini deyir.
12 May 2019 - Birləşmiş Ərəb Əmirlikləri şərq sahillərində dörd ticarət gəmisinin "təxribat əməliyyatlarına məruz qaldığını" bildirir. Tramp xəbərdarlıq edir ki, Tehran hər hansı bir formada hücum həyata keçirərsə, İran "çox öyük zərər görəcək".
13 İyun 2019 - Hörmüz Boğazı yaxınlığında iki neft tankerinə hücum olunur. ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə hər iki gəmidən ümumilikdə 44 heyət üzvü evakuasiya edilir. Sonradan ABŞ hücuma görə İranı günahlandırsa da Tehran bütün iddaları inkar edir.
20 İyun 2019 -İran İslam İnqilabı Keşikçiləri ABŞ-a məxsus hərbi müşahidə dronunu vurur. Tramp İrana qarşı planlaşdırılan cavab zərbəsini tələfatlarla bağlı narahatlıqlara görə təxirə saldığını bildirir.
1 İyul 2019 - İran nüvə silahı üçün deyil, mülki məqsədlər üçün istifadə olunan az səviyyədə zənginləşdirilmiş uran ehtiyatı üçün nüvə sazişində müəyyən edilmiş həddi keçmək təhdidi ilə çıxış edir.
14 Sentyabr 2019 - Səudiyyə Ərəbistanının neft qurğularına dron vasitəsi ilə hücum edilməsi nəticəsində dünyanın ən böyük neft istehsalçısı tədarükünün yarısını müvəqqəti olaraq dayandırır. Bu hadisə neft qiymətlərinin artmasına səbəb olur. ABŞ İranın birbaşa hücum etdiyini deyir və bunun Səudiyyə Ərəbistanına qarşı "müharibə aktı" olduğunu bildirir. İran hücümun məsuliyyətini üzərindən atsa da, daha sonra Yəməndə İranın dəstəklədiyi üsyançı qruplar bunun məsuliyyəti öz üzərinə götürür.
Oktyabr 2019 - Livan və İraqda hökumət əleyhinə kütləvi etirazlar baş qaldırır. Etirazlar ilk növbədə iqtisadi səbəblərdən qaynaqlansa da, İranla yaxından müttəfiq olan hökumətləri hədəf alır. İraqda etirazçılar açıq şəkildə Tehranın nüfuzunu açıq şəkildə qınayır və İranın diplomatik obyektlərinə hücum edir.
Noyabr 2019 - İranda hakimiyyətin benzinin qiymətini qaldırması qərarından sonra 100-ə yaxın şəhər və qəsəbədə etirazlar başlayır. İran hakimiyyətinin internetin bloklaması nəticəsində etirazların və bunun nəticəsi olaraq baş verən basqıların miqyasını müəyyən etmək çətinləşir. Daha sonra Amnesty International 300-dən çox insanın öldüyünü təxmin edir.
27 Dekabr 2019 - İraqın şimalındakı bazaya raket hücumu nəticəsində ABŞ-ın bir mülki podratçısı öldürülür, bir neçə ABŞ və İraq əsgəri yaralanır. ABŞ hücuma görə İranın dəstəklədiyi Kataib Hizbullah adlı şiə yarı-hərbi dəstəni günahlandırır.
29 Dekabr 2019 - ABŞ-ın hava qüvvələri İraq və Suriyadakı Kataib Hizbullah-ın mövqelərinə zərbələr endirir. Hücum nəticəsində 25 döyüşçü öldürülür. İraq rəsmiləri bu hücumu suverenliyin "kobud şəkildə pozulması" adlandırır.
31 dekabr 2019 - İranın dəstəklədiyi yüzlərlə hərbçi və onların tərəfdarları ABŞ-ın Bağdaddakı səfirliyinin xarici divarını keçərək, iki gün şiddətli etiraz aksiyalar keçirir, pəncərələri yandırır, atəş açır və daxili divarlara daşlar atırlar. Binanı qoruyan ABŞ dəniz piyadaları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək cavab verir. Heç bir tərəfdən itki qeydə alınmır.
3 Yanvar 2020 - Bağdadın beynəlxalq aeroportu yaxınlığında ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində İranın elitar Qüds Korpusunun komandanı general Qasım Süleymani öldürülür. İranın İraqda dəstəklədiyi siilahı qruplaşmanın yüksək səviyyəli komandiri də hücum zamanı öldürülür. İran "sərt cavab" veriləcəyinə söz verir. Tramp isə daha böyük bir hücumun qarşısını almaq üçün hücuma əməliyyatına dair əmr verdiyini bildirir. Konqres liderləri və ABŞ-ın yaxın müttəfiqləri müharibəni alovlandıra biləcək bu hücumla bağlı məsləhətləşmədildiyini bildirir.
5 Yanvar 2020 - İran bundan sonra nüvə sazişinin şərtlərinə tabe olmayacağını elan edir. İraq parlamenti bütün ABŞ qüvvələrinin ölkədən çıxarılmasına çağıran icbari qüvvəyə malik olmayan səsvermə keçirir. İslam Dövləti qrupunun yenidən canlanmasının qarşısını almaq üçün İraqa 5200-ə yaxın Amerika əsgəri yerləşdirilir. Tramp ABŞ qoşunlarını çıxararsa, İraqa qarşı sanksiya tətbiq edəcəyi ilə hədələyir.
8 Yanvar 2020 - İran Qasım Süleymaninin öldürülməsinə görə qisasını almaq üçün Amerika əsgərlərinin İraqdakı iki bazasına bir neçə ballistik raket hücumu həyata keçirir. ABŞ hücum nəticəsində təlafatın olmadığını bildirir. Prezident Tramp "Mən prezident olduğum müddətdə İran nüvə silahı əldə etməyəcək" deyərək, Ağ Evdən Amerika xalqına müraciətində edir. O, “İran belə görünür geriyə addım atır. Əvvəlcədən ehtiyat tədbirlərinin görülməsi, hərbi qüvvələrin yerləşdirilməsi və erkən xəbərdarlıq sisteminə görə nə amerikalı, nə də iraqlılar arasında tələfat yoxdur” deyə, əlavə edir.//amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?