Parlamentdə vəzifəsi olan Erkan Haberalın atası həkim Mehmet Haberal vaxtilə CXP-dən deputat olub
Türkiyə Daxili İşlər Nazirliyinin birdən-birə İstanbul, Ankara və İzmir də daxil olmaqla 31 böyük şəhərində iki sutkalıq (həftəsonu) komendant saatı elan etməsi ölkədə panika yaradıb, bu addım müxalifət və sadə vətəndaşlar tərəfindən ciddi tənqdi edilib.
Gundemxeber.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, hökumətin qeyri-rəsmi ortağı olan MHP-dən olan deputatın komendant saatı qərarına reaksiyası mənfi olub.
“Twitter” hesabındakı ilk yazısında TBMM inzibati nəzarətçisi olan MHP millət vəkili Erkan Haberal, “Həyatlarını gecə-gündüz demədən ortaya qoyduğu səhiyyə işçilərinin səyləri hədər getdi. Çox təəssüf ki, doğrudan hədər getdi”.
Haberal, ikinci paylaşımında “Dövlət var olsun, yaşasın millət, bu cəhalətə son qoyulmalıdır!!!” ifadələrni işlədib.
Qeyd edək ki, Erkan Haberalın atası həkim Mehmet Haberal vaxtilə CXP-dən deputat olub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin 30 böyük şəhər və Zonguldakda komendant saatı tətbiq olunduğu barədə qərarın gözlənilməz elan olunması səbəbindən çaxnaşma yaşayan insanlar bazarlara, ərzaq mağazalarına, yanacaqdoldurma məntəqələrinə hücum ediblər və uzun növbələr yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?