ABŞ Prezidenti Donald Trampdan dünyanı təəccübləndirəcək bir açıqlama gəlib.
O, yeni tip koronavirusun Uhandakı laboratoriyadan çıxdığına dair dəlil gördüyünü deyib.
Ağ Evdə yaşlıların mühafizəsi ilə bağlı paneldə sualları cavablandıran Tramp bu dəlilin yüksək dərəcə güvən verən dəlil olduğunu bildirib.
Jurnalistlərin bu mövzuda təkidlə suallar ünvanlamasına cavab olaraq isə “Çin bunu qəsdən və ya yanlışlıqla edibsə də, araşdırmaçılarımız bu mövzu üzərində işləyir. Sizə hazırda ətraflı məlumat verə bilmərəm” sözlərini deyib.
Koronavirusun pandemiyaya çevrilməsinə ikinci günahkar kimi Ümumdünya Səhiyyə Təşkilatını hədəf alan ABŞ Prezidenti qurumun özündən utanmalı olduğunu dilə gətirib: “Çinin ictimaiyyətlə əlaqələr departamenti kimi işləyirlər. Biz hər il bu təşkilata 500 milyona yaxın pul veririk. Çin isə sadəcə 38 milyon. İnsanlar yüzminlərlə insanın ölümünə yol açan səhvlər edərkən ÜST-ün heç bir bəhanəsi ola bilməz”.
Qeyd edək ki, ABŞ Milli kəşfiyyat Direktorluğu (DNİ) ötən gün verdiyi açıqlamada COVID-19 virusunun insan əməyi və ya genetikası dəyişdirilmədiyinə dair bilgilərlə həmfikir olduqlarını açıqlamışdı./Publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?