Şotlandiyanın birinci naziri deyib ki, Britaniyanın baş naziri Boris Consonun gələn həftə məhdudiyyətləri qaldırmaq fikrində olmasına baxmayaraq, ölkədə COVID-19-a görə tətbiq olunan məhdudiyyətlətin vaxtı uzadılmalıdır.
Cümə axşamı Edinburqda keçirdiyi brifinqdə birinci nazir Nikola Storgen hökumətinin verdiyi dəlillərin məhdudiyyətlərin davam etməli olduğunu göstərdiyini deyib.
Onun qərarı Consonun parlamentdə COVİD-19-la bağlı cüzi məhdudiyyətlərin nə zaman aradan qaldırlacağını bazar günü bildiriəcəyini deyib. Baş nazir alimlərin məsləhəti ilə maksimum ehtiyatla hərəkət edəcəyini bildirib.
Storgen baş nazirlə COVID məhdudiyyətləri ilə bağlı hər bir müzakirəni alqışladığını deyib. O, baş nazirə hansısa dəyişikliyə Britaniya hökuməti ilə birlikdə qərar verilməsinə üstünlük verdiyini deyəcəyini bildirib.
Storgen deyib ki, Conson daha sürətlə hərəkət etmək istəyirsə, bu onun haqqıdır. Lakin o, Şotlandiya üçün doğru və təhlükəsiz nə varsa, onu edəcəyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?