ABŞ-ın Axios xəbər saytı yazır ki, sızdırılmış sənədlərdə göstərilir ki, Çin höküməti uyğurların ekstradisiya olunması üçün Türkiyə hökümətinə gizli sorğu göndərib.
Məlumatda deyilir ki, Pekin uzun müddətdir ki, artan diplomatik və iqtisadi təsir dairəsindən istifadə edərək xarici ölkələrə sığınan uyuğurların Çinə göndərilməsi üçün təzyiq göstərir. Belə ki, Misir və Tayland kimi ölkələr indiyə qədər onlarla uyğuru Çinə təhvil verib. Həmin şəxslərin bəzilərinin taleyi barədə heç bir məlumat yoxdur, bəzilərinin isə öldüyü deyilir.
Təəccüblü olanı bu məsələdə adı hallanan olan ölkələr arasında uyğurların ənənəvi himayədarı kimi tanınan və uyğurlara etnik yaxınlığı ilə tanınan Türkiyənin yer almasıdır.
Çin hökumətinin xahişi əsasında türk polisinin uyğur fəalları sorğu-suala çəkdiyi bildirilir. Ortaya çıxan və türk dilinə tərcümə edilmiş 92 səhifəlik sənəddə göstərilir ki, Çin höküməti 2016-cı ilin may ayında Türkiyədən Enver Turdi adlı uyğurun ekstradisiya olunmasını xahiş edib. Sənədlərdən belə məlum olur ki, xahiş 2017-ci ildə Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən qəbul olunub.
Sayt yazır ki, sənədlər rəsmi olaraq gizli olmasa da Çin höküməti Türkiyə rəsmilərinə "Bu işin təfərrüatları gizlidir, Türkiyə tərəfindən xahiş edirik ki, bu iş yerli qanunlara uyğun olaraq gizli qalsın” deyərək işin gizli qalmasını tapşırıb.
Məsələ ilə bağlı müsahibə verən Human Rights Watch təşkilatının Türkiyə üzrə direktoru Emma Sinkleyr-Vebb bildirir: "Çin Türkiyəyə təzyiq göstərir və Türkiyə bu məsələdə olduqca çətin bir prossesdən keçməlidir".
Türkiyə höküməti 2017-ci ildən bəri Çindən qaçan uyğurlara qapı açıb və bir çox türklər uyğurlara həmrəylik hissi bəsləyir. Lakin Çin və Türkiyə arasındakı münasibətlərin istiləşməsi nəticəsində Ankara uyğur qaçqınlarına verdiyi dəstəyi qismən geri çəkməkdədir.
İndi Türkiyə uyğur qaçqınlarını polis tərəfindən sorğuya çəkərək onları terrorizimdə ittiham edir.
Saytda deyilir ki, Türkiyə və Çin 2017 ci ildə ekstradisiya müqaviləsi layihəsini imzalayıb. Lakin hələ ki, Türkiyə parlamenti sənədi təsdiqləməyib. Əgər sənəd təsdiqlənərsə Türkiyə bəzi istisnalarla Çin hökumətinin ekstradisiya tələblərini yerinə yetirməyə məcbur olacaq.
Çinin, eləcə də Türkiyənin Vaşinqtondakı səfirlikləri məsələ ilə əlaqədar şərh verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?