RLS rəhbərliyi stansiyanın işçilərinə getməklə bağlı tələsməmələrini məsləhət görüb: “Ola bilsin ki hem hara getmədik”
gundemxeber.az Bir neçə gün bundan öncə Rəsmi Kremlin Azərbaycan Xarici İşlər Nazirliyinə Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə bağlı təqdim etdiyi nota ölkə və dünya ictimaiyyətində ciddi şəkildə ajiotaj doğurdu. Rusiyanın qəflətən belə bir qərar verməsinin Azərbaycan tərəfinin qoyduğu ağır şərtlərdən narazı olduğuna görə verdiyi bildirilir. Eyni halda Rusiyanın Azərbaycan tərəfinə ciddi şəkildə cavab verəcəyi gözlənilir. Lakin bu gün əldə etdiyimiz məlumat RLS-lə bağlı münasibətlərin yumşaldığını göstərir. Adının çəkilməsi istənilməyən mənbənin verdiyi məlumata görə, RLS rəhbərliyi stansiyanın işçilərinə getməklə bağlı tələsməmələrini məsləhət görüb. ”Hazırda stansiyanın ümumilikdə 2 minə yaxın işçisi var. İşçilər Rusiyaya qayıtmaqla bağlı rəhbərliyə müraciət ediblər ki, onların getməsinə kömək etsin. Lakin rəhbərlikdən bildiriblər ki, işçilərin getməklə bağlı hazırlaşmasınlar. Ola bilsin ki, heç hara getmədik”, - deyə mənbə bildirib. Qeyd edək ki, əgər mənbənin dedikləri həqiqət olarsa, RLS yenidən Rusiyanın istifadəsinə veriləcək və Azərbaycan tərəfi şərtlərini yüngülləşdirəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?