Əli Xameneinin ölüm ayağında olduğu deyilir və siyasi ekspertlərin fikrincə, onun ölümünün İran hökumətinin sonunu sürətləndirəcəyi gözlənilir. İsrail mediası İran hökumətinin liderinin ölüm yatağında olduğunu yazır. Bu xəbərin Twitter-də yayılması istifadəçilərin sevincinə səbəb olub. İsrail Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli şəxsi ölkənin “Kanal-12” televiziyasına açıqlamasında "Əli Xameneinin sağlamlıq vəziyyətinin" hər zamankindən daha pis olduğunu deyib. İsrailin Kanal 12 televiziyası xəbər verib: "İranın ali liderinin səhhəti kritikdir və bu, İranda yeni bir vəziyyət yarada bilər". Dünən Əli Xameneinin Administrasiyasının Tvitter hesabının paylaşımlarından biri (Əli Xameneinin ingiliscə Twitter hesabı) sosial media istifadəçilərinin diqqətini çəkib. "Əzizlərim, hər birinizdən xahiş edirəm ki, mənim üçün dua edin ..." statusu bir neçə dəqiqədən sonra silinib. Bəziləri də hesab edir ki, Həsən Ruhani pandemiya bəhanəsi ilə ölkədə Qüds günü yürüşünü ləğv edib, amma əsas səbəb Əli Xameneinin ölüm ehtimalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?