Tükiyə baş nazirinin müavini Bülənt Arınç hərbi xidmət müddətinin qısaldılacağı ilə bağlı açıqlama verib. Arınc bununla bağlı Bakanlar Kurulu qərarının imzalandığını və əsgərlik müddətinin 1 yanvar 2014-cü il tarixdən etibarən 15 aydan 12 aya endiriləcəyini deyib.
Arınç qeyd edib ki, bundan əvvəl əsgər, Genelkurmay və ya Milli Savunma Bakanlığı nə deyərdisə, bunu doğru qəbul edər və buna uyğun da qərar verərdilər: “ Bizim fərqimiz budur ki, Genelkurmayımıza yazılı və ya şifahi şəkildə sorğu göndəririk. Amma sonunda siyasi bir qərar veriləcəksə, bunu biz veririk".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?