GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın “makiyajsız üzü” danışır-Kremlin Azərbaycandan hansı tələbləri var?

Rusiyanın “makiyajsız üzü” danışır-Kremlin Azərbaycandan hansı tələbləri var?

Tarix: 2-08-2021, 20:28 Bölmə :Dünya Baxış: 416


 Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jrinovskinin açıqlamaları Azərbaycanda sərt reaksiyalar doğurub. Xatırladaq ki, Jirinovski Rusiya mediasına müsahibəsində Qarabağdakı Rusiya hərbçilərinin təhlükəsizliyini tam təmin etmək üçün Bakıya təsir göstərmək lazım olduğunu deyib. Azərbaycanda diktatura mövcud olduğunu iddia edən partiya lideri bildirib ki, prezident İlham Əliyev Moskvanın dəstəyi ilə ayaqdadır, ABŞ prezidenti Bayden istəsə, müxalifət onu iki həftəyə devirər və s…

Azərbaycan XİN avqustun 1-də Rusiyanın müvəqqəti işlər vəkilini dəvət edərək ona rəsmi etirazını çatdırıb. Rəsmi Bakı Dövlət Dumasının deputatı Jirinovskinin qərəzli, təhqiramiz, məsuliyyətsiz və provokasion açıqlamalarından ciddi narahatlığını ifadə edib, bunun iki ölkə münasibətlərinə zərər vurmağa hesablandığını vurğulayıb. Jirinovskinin açıqlamasına və Azərbaycanın notasına hələlik rəsmi Moskvadan cavab yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “İzvestiya” nəşrinə yalnız onu deyib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin tənzimlənməsi üçün hər gün işlər aparılır.

Vladimir Volfoviç Jirinovski Azərbaycanda və dünyada bir çoxları tərəfindən qeyri-ciddi siyasətçi kimi qəbul olunsa da, nəzərə almaq lazımdır ki, onun partiyası Rusiyanın sistem partiyalarından biridir, oğlu İqor Lebedev isə Dövlət Dumasının sədr müavinidir. LDPR sədrinin diplomatik etiketə, siyasi etikaya ziddi bəyanatları əslində Rusiya dövlətinin daxilindəki əhval-ruhiyyəni əks etdirir, bu baxımdan onun dediklərini əhəmiyyətsiz saymaq olmaz. Elə Azərbaycan XİN-in demarşı da göstərir ki, rəsmi Bakı Jirinovskini kifayət qədər ciddiyə alır. Deməli, bu adamı “Rusiyanın makiyajsız siması” adlandıranlar o qədər də haqsız deyillər. 

Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Rusiya Dövlət Dumasının digər fraksiya rəhbəri, Ədalətli Rusiya Partiyasının rəhbəri Sergey Mironov “Dağlıq Qarabağ Rusiyaya birləşdirilsin” təşəbbüsü ilə çıxış etmişdi. Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy isə Azərbaycanı faktiki işğalla hədələmişdi. “Qarabağdakı sülhməramlılara qarşı hansısa təhdid baş verərsə, Azərbaycanın vəziyyəti Gürcüstandan da pis olacaq. Ötən dəfə Tbilisinin götürülməməsi hadisəsi olsa da, bu dəfə ondan betər ola bilər”, – deyə bir neçə ay əvvəlki TV çıxışında Tolstoy söyləyib. 

Azərbaycan iqtidarına yaxın deputatlar Jirinovski haqqında nə qədər aşağılaycı ifadələr işlətsələr və onu “axmaq”, “məsuliyyətsiz” adlandırsalar belə, LDPR sədrinin bu tonda danışması təsadüfi deyil. Azərbaycan ictimai fikrində üstünlük təşkil edən versiya bundan ibarətdir ki, Rusiyanın Azərbaycandan tələbləri var və onların yerinə yetirilməsini gözləyir. Bu, Azərbaycanın Kremlin inteqrasiya layihələrinə qoşulması (KTMT, Avrasiya İttifaqı), habelə Qarabağdakı sülhməramlı missiyasını qanuniləşdirilməsindən ibarətdir. Məlumdur ki, Moskvadan təkidli tələblərə baxmayaraq, rəsmi Bakı bu təşkilatlara qoşulmaq niyyətini ifadə etməyib. Paralel olaraq, Bakı Avropa Birliyinə də eyni münasibət sərgiləyir. Ötən ay regionda səfərdə olan Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Bakıda qəbul edilsə də, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri rəhbərlərinin iştitrakı ilə Batumidə keçirilən toplantıya qatılmadı. Məlumdur ki, Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq, AB-nin çoxmilyonluq yardım proqramlarından kənarda qalıb. Bu da birmənalı şəkildə Bakının qorumağa çalışdığı balans siyasəti ilə bağlıdır. 

Azərbaycan bəyan edib ki, Qoşulmama Hərəkatının fəal üzvü kimi ancaq ikitərəfli əməkdaşlıq xəttinə üstünlük verir. Amma Moskva bu siyasətlə razılaşmır, Bakını öz klublarına daxil etməyə çalışır.

Qarabağda sülhməramlı missiyanın mandatının qanuniləşdirilməsinə gəlincə, ekspertlər bildirirlər ki, 10 noyabr sənədi bəyanatdır və parlamentlərin ratfikasiyasından keçmədiyinə görə hüquqi qüvvəyə malik deyil. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında Rusiya sülhməramlıları haqqında “Azərbaycan ərazilərindəki müvəqqəti yerləşdirilmiş” ifadəsindən istifadə olunur. Yəni işarə edilir ki, Rusiya əsgəri burada müvqqətidir və vaxtı tamam olanda regionu tərk etməlidir. Ötən ayın sonu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, Azərbaycan onlardan fərqli olaraq, sülhməramlıların mandatını təsdiqləyən əlavə sənədi imzalamayıb. Bakı bu bəyanatı təkzib etmədi. Məlumdur ki, yanvarın 8-də Ermənistanın Vatikandakı keçmiş konsulu Mikael Minasyan belə bir sənədin Azərbaycan tərəfindən imzalanmadığını, Bakının Moskva qarşısında əlavə şərtlər qoyduğunu bəyan etmişdi. Bu şərtlər erməni qoşunlarının Qarabağdan çıxarılması, Qarabağa səfərlərin Bakının razılığı ilə təşkil olunması və Xankənində yerli idarəçiliyin Azərbaycan və Rusiya tərəfindən birgə formalaşdırılmasından ibarətdir.

Jirinovskinin məlum çıxışında da bu məsələyə eyham vurulur. Rusiya tərəfi Qarabağdakı əsgərlərinin həyatına hansısa təhlükələrin olduğunu qabartmaqla Bakını sülhməramlıların statusu ilə bağlı sənədi imzalamağa məcbur etmək istəyir. Ancaq LDPR sədrinin çıxışına nota ilə cavab verilməsi Bakının bu təzyiqlərə müqaviməti davam etdirməsindən xəbər verir. Bu müqavimət nə qədər davam edəcək, görəcəyik./pressklub/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jirinovski: “Bakı duruş gətirməyəcək”

    Jirinovski: “Bakı duruş gətirməyəcək” ...

    12-09-2013, 02:16

  • 
  • Jirinovski Putini "Ali hökmdar” adlandırmağa çağırdı

    Jirinovski Putini "Ali hökmdar” adlandırmağa ...

    19-11-2017, 22:20

  • 
  • Jirinovski kök məmurların işdən qovulmasını tələb etdi

    Jirinovski kök məmurların işdən qovulmasını tələb ...

    21-01-2014, 12:14

  • 
  • Jirinovski Makkeyni Rusiyanın “1 nömrəli düşməni” adlandırdı

    Jirinovski Makkeyni Rusiyanın “1 nömrəli düşməni” ...

    30-08-2018, 13:49

  • 
  • Putin Jirinovskini Kremlə çağırdı

    Putin Jirinovskini Kremlə çağırdı ...

    6-11-2013, 14:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu