Erməni deputat, “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan Ermənistanın son bir ildə düşdüyü ağır durumdan danışıb.
GundemXeber.Az xəbər verir ki, jurnalistlərə açıqlama verən deputat regional proseslərdən söz açaraq İrəvanın siyasi böhran yaşamasından gileylənib. Tevanyan açıq şəkildə etiraf edib ki, müttəfiq sayılan iki əsas dövlət-Rusiya və İran olmasaydı, Ermənistan yer üzündən silinərdi.
- Ermənistan respublikası İran və Rusiyanın dəstəyi sayəsində mövcudluğunu qoruyub,-deputat deyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanda suverenliyin təhlükə altında olması barədə fikirlər çoxalıb. Politoloqlar, siyasətçilər tez-tez ölkələrinin tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını deyirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?