Gundemxeber.az » Dünya » Hökumət başçısı şərqi Ukrayna sakinlərini bölgəni tərk etməyə çağırıb
Şərqi Ukrayna sakinləri şənbə günü hava hücumu sirenlərinin səsi ilə qarşılaşıb. Bölgə qubernatoru Rusiyanın bölgəni atəşə tutması ilə əlaqədar mülki əhalinin dərhal təxliyə edilməsi barədə xəbərdarlıq edib.
Qubernator Serhiy Gaidai ictimai televiziya kanalına deyib ki, Rusiya Ukraynanın Luqansk vilayətində qalan əhalinin üçdə birinə “hücum edir”.
Hərbi analitiklər deyir ki, hərbçilər sərt müqavimətlə qarşılaşdıqdan və Kyiv ətrafındakı rayonlardan geri çəkildikdən sonra Rusiya prezidenti Vladimir Putin işğalı Ukraynanın şərqinə yönləndirir.
Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Krım və Donbas regionu arasında marşrut yaratmağa çalışdığı bir vaxtda cənub və şərqdə artmış atəşin davam edəcəyini gözləyir.
Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.
Moskva qüvvələrinin mülki vətəndaşlara qarşı ölümcül hücumlarına dair iddialar fonunda Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, onun ölkəsi Rusiya ilə danışıqları davam etdirməyə “hələ də hazırdır,” amma Ukrayna lazım olsa “döyüşməyə də hazırdır”
Zelenski bunu aprelin 9-da Kyivdə Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında deyib. Karl Nehammer Rusiya qüvvələri paytaxt Kyiv ətrafından geri çəkiləndən sonra müharibənin viran qoyduğu ölkəyə səfər edən bir sıra Avropa rəsmiləri və liderlərindən biridir.
“Ukrayna hər zaman danışıqlara və bu müharibə son qoyma üçün hər hansı bir yolu axtarmağa hazır olduğunu deyib,” Zelenski bildirib.
Zelenski şənbə günü gecə çıxışında xəbərdarlıq edib ki, Rusiya təcavüzü təkcə Ukrayna ilə məhdudlaşmır. Prezident xəbərdarlıq edib ki, bütün Avropa layihəsi Rusiya üçün hədəfdir.
Rusiyanın işğalı 10 milyondan çox insanı Ukraynadakı evlərini tərk etməyə və ya ölkədən çıxarmağa məcbur edib. Minlərlə insan həlak olub./amerikaninsesi.org/
3-09-2014, 13:43
24-02-2022, 16:47
18-09-2020, 10:39
19-02-2017, 19:58
19-07-2019, 11:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?