Gundemxeber.az » Dünya » Aleksandr Lukaşenko Almaniya kanslerini “siyasətdən başı çıxmayan uşaq” adlandırıb
Aleksandr Lukaşenkonun mətbuat xidməti xəbər verib ki, Belarus prezidenti Almaniya kansleri Olaf Şoltsu “siyasətdən başı çıxmayan uşaq” adlandırıb. Belə ki, o, Vladimir Putinlə “qapalı xarakterli” söhbəti açıqlayıb.
Lukaşenko Olaf Şoltsun Rusiya prezidenti ilə söhbəti zamanı guya Putinin Belarus və Ukraynanın müstəqi və suveren dövlətlər olmamalıdır deməsi ilə bağlı şərh verərkən “İnanın, mənim reaksiyam (bunu yadda saxlamalısınız), o uşaqdır. Şolts heç nə başa düşməyən və siyasəti anlamaq istəməyən uşaqdır” deyib.
Lukaşenkonun fikrincə, Şolts belə məlumatları səsləndirməməli idi.
"İki dövlət başçısı arasında bu cür söhbətlər tamamilə qapalı xarakterlidir. Söhbəti ictimailəşdirmək yalnız o biri tərəfin razılığı ilə olar. O, Putinlə razılaşmalı, ondan soruşmalı idi” deyib Lukasşenko.
Onun sözlərinə görə, o, Putinin “fərqli nöqteyi-nəzərini” bilir. O deyib ki, “əsas olan Şolts və Putinin dedikləri deyil, əsas odur ki, mən sizə deyim - dövlətimizin suverenliyi, müstəqilliyi sarsılmaz şeylərdir. Vəssalam!".
Aleksandr Lukaşenko jurnalistlərə onu da deyib ki, “Qərbdən təhdidlər olarsa” Belarusun Su-24 təyyarələri nüvə yükü daşıya bilir. Lakin “Azadlıq” radiosunun Belarus xidmətinin məlumatına görə, Su-24 təyyarələri Belarus Silahlı Qüvvələrinin tərkibindən 2012-ci ildə çıxarılıb.
Lukaşenko Minsk Mexanika Zavoduna səfəri zamanı “Onlar başa düşməlidirlər ki, təhdid etsələr əgər heç bir vertolyot, heç bir təyyarə onları xilas etməyəcək. Putin və mən bir dəfə Sankt-Peterburqda demişdik ki, biz Belarusun Su təyyarələrini də dəyişməliyik ki, onlar nüvə silahı daşıya bilsinlər. Sizcə, biz boş-boş danışırıq? Hamısı hazırdır” deyib.
22-04-2016, 00:25
17-08-2020, 11:57
13-04-2021, 21:30
8-04-2022, 16:00
17-08-2020, 11:21
Sorğu
Yeni dizaynımız necədir?