Gundemxeber.az » Dünya » İran hökumət qüvvələri Zəncandakı aksiyalarda iki gənci öldürüb
Güney Azərbaycanın Zəncan şəhərində keçirilən etiraz aksiyalar zamanı İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində iki gənc həlak olub...
Gundemxeber.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.
Bildirilib ki, Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində Məhsa Əmininin qətlinə etiraz aksiyasında iştirak ediblər. Nümayişi hakimiyyətin güc strukturları zorakılıqla dağıdıb. Aksiyaçılara odlu silahdan atəş açıldığı da vurğulanıb.
Məlumata görə, son günlər baş verən etiraz aksiyaları zamanı çoxlu sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 36 nəfərin kimliyi təsdiini tapıb. İnsan haqları müdafiə təşkilatları ağır yaralıların çoxluğuna görə ölü sayının artacağı ehtimalının yüksək olduğunu söyləyirlər.
Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) "hicaba düzgün əməl etmədiyinə görə" əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla ostan və şəhərdə nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir. ABŞ Maliyyə Nazirliyi isə Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisi, İslam Respublikasının Quru Qoşunları komandanı general Kiyumərs Heydəri və daha beş vəzifəli şəxsə sanksiya tətbiq edib.
Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü də 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
GUNDEMXEBER.AZ
25-11-2019, 14:32
14-01-2018, 18:34
3-12-2019, 11:53
28-11-2019, 14:58
10-12-2017, 14:34
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?