Gundemxeber.az » Dünya » Abramoviç azad edilmiş əsirlərə iPhone verdi
Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi beynəlxalq ictimai rəyin gündəmində olub. Mübadilə edilənlər arasında Britaniya, ABŞ, İsveç, Xorvatiya və Mərakeş vətəndaşları da olub.
Böyük Britaniyanın "Daily Mail" qəzeti, "Çelsi" futbol klubunun keçmiş sahibi və Rusiya-Ukrayna müharibəsində vasitəçi olan Roman Abramoviç Səudiyyə Ərəbistanı vasitəsilə İngiltərəyə qayıdan britaniyalı əsgərlərə kömək etməsindən yazıb.
Nəşrin məlumatına görə, Abramoviç mühakimə olunan ingilis, Aiden Aslin, Shaun Pinner, Con Hardinq, Dylan Healy və Andrey Hill ilə əlaqə saxlayıb. Həmçinin bu adların Abramoviçin lüks təyyarəsi ilə Rusiyadan Səudiyyə Ərəbistanına getdiyi və ailələri ilə danışmaq üçün onlara iPhone hədiyyə etdiyi də bildirilib.
Xilas edilən əsirlərin təyyarədə Abramoviçlə uzun-uzadı söhbət etdiyi qeyd olunub. Əməliyyatın pərdə arxasını da yazan "Daily Mail", “Hərbi əsirlərin çatdırılması iki gün çəkdi. Əvvəlcə onları gözləri bağlı halda Ukraynanın şərqindən Rusiyanın naməlum bir yerinə gətirdilər. Oradan Səudiyyə Ərəbistanına uçdular və sağlamlıq yoxlamasından keçdilər və Britaniya səfiri ilə görüşdülər”, - deyə bildirib.
GUNDEMXEBER.AZ
14-12-2018, 14:02
29-12-2015, 23:39
7-10-2017, 11:43
2-06-2020, 12:49
7-10-2017, 12:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?