İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb.
Buna səbəb diplomatın krallıqda çalışan iranlı jurnalistləri təhdid etməsi olub.
Qeyd olunur ki, diplomat İrandakı aksiyaları gündəmdə saxlayan jurnalistləri hədəfə alıb.
Məlumatı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də təsdiq edib.
“Mən İranı təmsil edən nümayəndəyə açıq şəkildə bildirdim ki, biz jurnalistlərə və ya Böyük Britaniyada yaşayan hər hansı insanlara qarşı ölüm təhdidlərinə və ya hədə-qorxulara dözməyəcəyik”, - deyə Ceyms Kleverli vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?