GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Tarix: 28-11-2022, 16:24 Bölmə :Dünya Baxış: 181

Yer, coğrafi adların dəyişdirilməsi pis niyyətin - məsələn, işğalın - göstəricisidir. Azərbaycan 200 ildən artıqdır bu problemlə üzləşir. Çar Rusiyası dövründə Cənub Qafqaz işğal olunandan sonra bütövlükdə Qafqazdakı türkcə toponimlər və coğrafi adlar ya ruslaşdırıldı, ya da erməniləşdirildi.

Əslində, Azərbaycan türkcəsi Rusiyanın işğalınadək Qafqazda ən populyar və başlıca ünsiyyət vasitəsi idi. Məşhur rus yazıçısı və dekabrist A.A.Bestujev-Marlinski Azərbaycan türkcəsini “tatar dili” adlandıraraq yazırdı: “Zaqafqaziya diyarının tatar dili türk dilindən az fəqlənir və fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar”. Məşhur rus yazıçı Mixail Yuryeviç Lermontov da Azərbaycan türkcəsini yüksək qiymətləndirib: “Tatarcanı öyrənməyə başlamışam, burada və ümumiyyətlə, Asiyada bu dil Avropada fransız dili kimi zəruridir”. Rus tarixçi, arxeoloq və dövlət xadimi Stepan Dmitriyeviç Neçayevin də Azərbaycan türkcəsi barədə fikirlərini xatırlayaq: “İndi Avropada fransız dili kimi, tatar dili də Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.

Deməli, istər çar Rusiyası, istər SSRİ və istərsə də müasir dövrdə Rusiyada Azərbaycan türkcəsindən istifadənin miqyasını, onun yerini bilməmiş deyillər. Azərbaycan türkcəsinə qarşı istənilən fəaliyyət qəsddir, assimilyasiya məqsədi daşıyır. Çar Rusiyası və SSRİ 1801-ci ildən 1990-cı ilədək ötən 190 ildə Qafqazda, özəlliklə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yer adlarını, coğrafi adları dəyişdirib, tarixi -mədəni abidələri dağıdıb. Bununla da regiondan Azərbaycan türkünü və türk etnosunun izini silməyə çalışıb. Azərbaycanın qədim şəhərlərinin Rusiya çarlarının ailə üzvlərinin adlarına dəyişdirilməsinə Gəncənin adının Yelizavetpol, sovet dövründə “Kirovabad”, habelə Araz çayının adının eybəcərləşdirilərək “Araks” adlandırılmasını, Turşsuyun “Kislovodsk”a tərcüməsi və s. minlərlə örnəklər göstərmək mümkündür. Bu proses sovetlər dövründə də dayanmayıb. Azərbaycanda şəhər, kənd, kolxoz, sovxoz, məktəblərə və s. bolşeviklərin, ermənilərin liderlərinin adları verilib, məsələn, Lenin, Kirov, Şaumyan və s.

Yeri gəlmişkən, Ermənistanda da türkcə adlar erməniləşdirilirdi. Bu günədək Ermənistan və Rusiya dünyaya həmin adların ermənicə variantını təqdim edirlər. Mütəxəssislər türk toponimlərinə təcavüzü aşağıdakı dövrlərə bölürlər: 1918-1920, 1920-1930, 1930-1960,1960-1980, 1991-ci ildən sonra dəyişdirilənlər. Təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistan) 2310 coğrafi addan 2000-ə yaxını türk mənşəlli olub. Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etdikdən sonra da gördükləri ilk “işlərdən” biri yer və coğrafi adların “dəyişdirilməsi” olmuşdu.

Ermənilərin sovet dövründə, sonrakı illərdə türkcə yer adlarını erməniləşdirməsinə nə sovet Moskvası, nə də indiki Kreml etiraz etməyib. Əksinə, o da həmin yerləri ermənicə adlandırıb. Uzun illərdir Rusiya ermənilərin bu hərəkətini təqdir edib, yaxud özünün etmədiyini, bu istiqamətdə assimilyasiyanı onların vasitəsilə reallaşdırıb.

Beləliklə, çar Rusiyası və keçmiş SSRİ-nin əməllərini indiki Rusiya da davam etdirir. Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın uyğun nazirliyinə bu barədə müraciət edib. Ancaq qarşı tərəf ermənicə yer adına hələ də üstünlük verir. Rusiyanın sülhməramlı kontingentinin 2022-ci il noyabrın 24-ü tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya "atəşkəsin pozulması"nın qeydə alındığı bildirilib. Azərbaycan bu yaşayış məntəqəsinin rəsmi adının Çardaqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Ordusu bölmələrinin atəşkəsi pozmadığı da vurğulanıb. Yaxud Rusiya Müdafiə Nazirliyi Ağdərə və Xocavənd bölgələrini də “Mardakert” və “Martuni” adlandırır, habelə Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir

Ümumiyyətlə, atəşkəsin pozulması barədə birtərəfli açıqlama və Azərbaycan yer adlarının təhrif edilməsi Rusiyanın regiondakı vəziyyətə tərəfli münasibətinin göstəricisidir. Rusiya nazirliyi bu qeydlə Azərbaycanın suveren hüquqlarını pozur. Rusiyada rəsmi olaraq yer adları necədirsə, Azərbaycanda da rəsmi qurumlar onu elə qeyd edirlər. Təhrifə yol vermədən... Bu baxımdan atəşkəs barədə Rusiya nazirliyinin açıqlaması da qərəzli sayılır. Yeri gəlmişkən, Azərbaycan torpaqlarında ermənilərin qanunsuz silahlı dəstə saxlamaq hüququ hansı sənəddə təsbit olunub? 2020-ci il noyabrın 10-da qəbul olunmuş üçtərəfli bəyanatda bununla bağlı bir ifadə belə yoxdur. Belə çıxır ki, Rusiya Azərbaycan ərazisində ermənilərin adı ilə qanunsuz silahlı dəstələri saxlayır. Hətta humanitar məqsəd üçün açıq olan Laçın dəhlizindən silah-sursat belə daşınır. Ona görə də Rusiyanın Azərbaycandakı sülhməramlılarının mandatına uyğun fəaliyyət götərmədiyi qənaətinə gəlmək olar. O, bununla ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olur, onlara boş ümidlər verir.

Nəhayət, 200 ildir Rusiyanın ermənilərdən alət olaraq istifadə etməklə Azərbaycana, Qafqaza yönəlik siyasətində heç bir mütərəqqi dəyişiklik yoxdur. Moskvanın ermənicə yer adlarına üstünlük verməsi, atəşkəs barədə erməni yönümlü informasiyanın yayılması da bunu təsdiqləyir.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Araikdən növbəti təxribat: Rus dili Qarabağda rəsmi dil elan olundu

    Araikdən növbəti təxribat: Rus dili Qarabağda ...

    17-02-2021, 12:13

  • 
  • Məşhur rus yazıçısı vəfat etdi

    Məşhur rus yazıçısı vəfat etdi ...

    6-12-2012, 10:05

  • 
  • Ən çox xarici dil bilən prezidentlər - Ana dilini bilməyən ölkə başçısı kimdir?

    Ən çox xarici dil bilən prezidentlər - Ana dilini ...

    10-07-2015, 12:59

  • 
  • Azərbaycanda tərcüməçilərin elektron bazası yaradılır

    Azərbaycanda tərcüməçilərin elektron bazası ...

    22-05-2016, 10:50

  • 
  • Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi - (Fotolar)

    Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar ...

    5-11-2014, 13:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu