Kaliforniyanın Monterey Park şəhərində yanvarın 21-i axşam saatlarında rəqs məkanında baş verən silah atəşləri nəticəsində 10 nəfər həlak olub. Bu barədə Los Anceles ərazisinin Şerif Departamenti bildirib.
Silahlı şübhəli hadisə yerindən uzaqlaşmağa müvəffəq olub. Departamentin bazar günü səhər verdiyi məlumata görə, polis axtarışlara davam edir. Əlavə edilir ki, hücumun motivi haqda məlumat yoxdur.
Atəşin açıldığı məkanda olan daha 10 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. Ən azı birinin vəziyyəti ağır olduğu bildirilir.
ABŞ kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, silah atəşləri saat 22:00-dan sonra, Monterey Park şəhərində Çin Yeni İlinin qeyd edildiyi məkanda olub. Bu şəhər Los Anceles mərkəzində 11 kilometr aralıda yerləşir.
Sorğu
Yeni dizaynımız necədir?