Gundemxeber.az » Dünya » "Putin məni raket hücumu ilə hədələdi" - Conson
Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək...
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında Vladimir Putinin onu raket hücumu ilə hədələdiyini bildirib.
Putin və Boris Conson arasında iddia edilən dialoq, Putinin dünya liderləri ilə qarşılıqlı əlaqələrini araşdıran BBC-nin sənədli filmində ortaya çıxıb.
Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinə səbəb olacaq. O, həmçinin Putinə Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağını söyləməklə Rusiyanın hərbi əməliyyatlarının qarşısını almağa çalışıb.
Consonun açıqlamalarına görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib.
"Bir anda o, məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bir dəqiqə çəkəcək".
Həmçinin, sənədli filmdə Putinə qarşı Qərbdə yayılan iddialara görə, fevralın 11-də B.Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya uçub. Uolles Rusiyanın Ukraynanı işğal etməyəcəyinə dair zəmanətlə ayrılıb, lakin hər iki tərəf bunun yalan olduğunu fevralın 24-də bilmiş oldu.
GUNDEMXEBER.AZ
7-04-2020, 12:18
5-10-2019, 20:41
25-09-2019, 14:06
6-01-2020, 12:32
7-09-2018, 16:37
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?