GundemXeber.Az-ın xarici mediadan əldə etdiyi məlumata görə, İndiki halda dünya mətbuatının adını açıqlamadığı mənbələrə istinad etməsi və mənbələrin özlərinin də qeyri-müəyyən bəyanatları Vaşinqton-da bu hücumla bağlı məlumatın zəif olduğunu göstərir.
Yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə edilən hücuma Amerikanın reaksiyası olduqca qeyri-adidir.
Aralarındakı qeyri-rəsmi anlaşmaya əsasən, İsrail irimiqyaslı hücumlar zamanı-xüsusən də söhbət İrandan və onun hərbi potensialından gedirsə- tez-tez Vaşhinqton-u planları barədə əvvəlcədən xəbərdar edir və ya ən azı əməliyyat bitdikdən sonra onu təsdiqləyir.
Bu halda isə ya ABŞ Ağ Ev səviyyəsində neytral bir bəyanat verir, ya da şərh verməkdən çəkinir.
Keçən ilin iyununda İsrail hökuməti İran məsələsində tam muxtariyyət hüququnu özündə saxlayan “Oktopus doktrinası” adlı fəaliyyət planını həyata keçirməyə başladığını açıqlamışdı.
O dönəmki Baş nazir Naftali Bennett bildirmişdi ki, " Oyunun yeni qaydalarına” əsasən, bundan sonra, onlar “birbaşa başı hədəf alacaqlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?