GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan nurçuların kurslarını bağlayır

Ərdoğan nurçuların kurslarını bağlayır

Tarix: 27-11-2013, 20:45 Bölmə :Dünya Baxış: 774
Ərdoğan nurçuların kurslarını bağlayır
Türkiyədə dərshanələr – universitetlərə özəl hazırlıq kursları yeni tədris ilindən olmayacaq. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın islamçı təmayüllü partiyası – AKP noyabr ayından etibarən hazırladıqları qanun layihəsi ilə bunu nəzərdə tutur.

Hökumətin planına görə, ali məktəblərdə hazırlıq üçün Türkiyədə çox geniş yayılan, az qala hər bir yuxarı sinif şagirdlərinin Universitetlərə qəbul imtahanına azı 1 il qalmış getdiyi məktəbdənkənar hazırlıq kursları, o cümlədən əlavə istedad tələb edən kurslar qapadılacaq.

Hökumət əmin etməyə çalışır ki, bu dərshanələrin qapadılmasının səbəbi ümumilikdə təhsil islahatı – orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasıdır.

Ancaq eyni Ərdoğan hökuməti uzun illər dərshanələri müdafiə etdiyindən indi bu planların birbaşa təhsillə bağlı olmasına inananlar azdır.

Səbəb isə odur ki, Türkiyədəki dərshanələrin və dərshanələrinin nəzdindəki yurtlar – yataqxanalar böyük əksəriyyəti Amerikada yaşayan nurçu camaatın lideri olan Fətulla Gülən davamçılarının nəzarətindədir. Bu dərshanələr uşaqlara 12 ildə məktəblərin öyrətmədiyi bilikləri verib, yüksək balla universitetlərə qəbul olma imkanı verməklə yanaşı, həm də dünya görüşlərinin formalaşdırılmasında iştirak edir, faktiki olaraq Tükiyə cəmiyyətində işıqlı gələcəyi olan tərəfdarlar ordusu qazanırlar.

Dərshanələrdə hazırlığın qiymətləri Anadoluda illik 1000 dollar, böyük şəhərlərdə isə 2000 – 3000 dollar arasında dəyişir.

Dərshanələr həm hazırlığa görə pul alır, yəni Gülən camaatının maliyyə dayaqları möhkəmlənir, həm də istedadlı gəncləri öz tərəflərinə çəkə bilirlər.



Bundan öncə bu cür dərshanələri qapadılma zamanı adətən Türkiyədə mühavizəkarların hakimiyyətdə olduğu dövrlərdə, dindarlara qarşı olan generallar tərəfindən olmuşdu. Ancaq o zaman Fətulla Gülən hətta kurslar qapadılmasın deyə, onlara nəzarəti verməyə hazır olduğunu da bildirmişdi və məsələ həll olunmuşdu.

İndi isə, sonuncu dəfə noyabrın 24-də televiziya ilə çıxışında Ərdoğan açıqca vurğulayıb ki, bu yoldan dönməyəcəklər və iyun ayının sonunda dərshanələr bağlanacaq, yetərli imkanlara sahib olan kurslar özəl məktəblərə çevriləcək.

Noyabr ayı boyunca Gülən camaatının nəzarətində olan media orqanları – "Samanyolu" televiziyası, "Zaman" qəzeti və internet saytlar ilk dəfə Ərdoğanı sərt şəkildə tənqid elədilər. Türkiyədəki dərshanələrin ittifaqları da hökümətin planlarına qarşı çıxır. Ötən həftə təhsil naziri Nəbi Avcı ilə görüşü də nümayişkaranə şəkildə tərk edən dərshanə ittifaqlarının rəhbərləri bu cür təzyiqlərlə hətta Türkiyədə hərbi çevrilişlər edən generalların vaxtında da üzləşmədiklərini bildiriblər.



Amerikada olan Fətulla Gülən özü isə internetdə yerləşdirilən video çağırışında hökumətin bu qərarının ürəklərinə sancılan biçaq zərbəsi kimi qiymətləndirib.

Ərdoğan mediaya açıqlamalrında Gülən camaatının qəzet və televiziyalarında tənqid olunmasına sərt reaksiya verib. Bundan sonra Gülənə yaxınlığı ilə bilinən bir sıra nüfuzlu şəxslər hocalarının yeni çağırışlarını çatdırıblar. Gülənin tərəfdarlarını açıq qarşıdurmadan və “yollarımızı bağlayanların” yollarını bağlamaqdan uzaq durmağa çağırıb.

İslamçıların dəstəyi ilə hakimiyyətə gələn AKP hökumətinin indi nədən Gülən camaatına qarşı çıxması haqda isə şərhçilər deyirlər ki, əslində bu qarşıdurma yeni deyil.

Camaatın içindən gələn Türkiyə parlamentinin spikeri Bülənt Arıncın baş nazir Ərdoğanla olan öncəki fikir ayrılıqlarına da toxunan şərhçilərdən "Hürriyet" qəzetinin yazarı Mustafa Akyolun fikrincə, hər şey əslində 2-3 il əvvəl başlayıb.

Öncə Ərdoğanın İsrailin "Mavi Marmara" gəmisinə hücumuna görə Təl-Əvivlə diplomatik münasibətləri kəsməsi, anti-Qərb çağırışları zamanından.

Mustafa Akyol deyir ki, Fətulla Gülən davamçıları islamçı olsalar da, mərkəz sağçılara yaxınlıqları, Qərb tərəfdarı olmaqları və İsrailə qarşı normal münasibətləri ilə seçilirlər. Ərdoğan is artıq daha mühavizəkar islamçı roluna bürünüb.

Qarşılarında ciddi müxalifət gücləri də qalmadığından indi 10 il əvvəl yaranan bu ittifaqıın daxilində hesablaşmalar və yeni güc bölgüsü başlanıb. Gülənçilər Ərdoğanı hakimiyyətə gələndən sonra korlanmaqda ittiham edir, Ərdoğançılar isə Gülənçilərin dövlət içində dövlət kimi fəaliyyət göstərməsindən. Ancaq görünən odur ki, bu qarşıdurmanın nəylə sonuclanacağını növbəti bələdiyyə seçkiləri göstərə bilər (azadliq.org).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK: Qafqaz Universitetinin bağlanmasına hazırlıq təsdiqlənir

    ŞOK: Qafqaz Universitetinin bağlanmasına hazırlıq ...

    30-03-2014, 14:23

  • 
  • Ərdoğan qərarını verdı: kürd dilində tədris, sərbəst hicab

    Ərdoğan qərarını verdı: kürd dilində tədris, ...

    1-10-2013, 01:26

  • 
  • Zakir Həsənov orta məktəbləri hərbiləşdirir?

    Zakir Həsənov orta məktəbləri hərbiləşdirir? ...

    19-11-2013, 12:05

  • 
  • Ərdoğan bu barədə ilk dəfə danışdı

    Ərdoğan bu barədə ilk dəfə danışdı ...

    17-04-2014, 10:33

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu