Gundemxeber.az » Dünya » Əfqanıstanda XİN binası yaxınlığındakı partlayışda azı 6 nəfər ölüb - Yenilənib
Əfqanıstanın paytaxtı Kabildə yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb...
Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında törədilən partlayışda azı 6 mülki vətəndaş ölüb.
Bu barədə Taliban polisi məlumat verib.
Kabildə Taliban polisinin Kabildəki sözçüsü Xalid Zadran bildirib ki, partlayış kamikadzenin vurulmasından sonra baş verib. O, kamikadzenin partlayıcısının partlaması nəticəsində 6 mülki şəxsin həlak olduğunu, 3 Taliban üzvü də daxil olmaqla, bir neçə nəfərin yaralandığını təsdiqləyib. İtaliya QHT-si tərəfindən idarə olunan təcili tibbi yardım xəstəxanası partlayış nəticəsində iki nəfərin öldüyünü və 12 nəfərin yaralandığını təsdiqləyib. “Bizim Cərrahiyyə Mərkəzimizə biri uşaq daxil olmaqla 12 yaralı pasient və 2 şəxs artıq ölmüş halda qəbul edilib”, - bildirilib.
***
Bu barədə İtaliyanın “Emergency” humanitar təşkilatı tvitterdə məlumat yayıb.
“Cərrahiyyə mərkəzimizə biri uşaq olmaqla 12 nəfər yaralı daxil olub”, - təşkilatın açıqlamasında bildirilib.
GUNDEMXEBER.AZ
24-09-2017, 20:46
24-07-2017, 10:56
1-07-2019, 15:50
1-05-2018, 12:34
5-09-2019, 11:44
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?