İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər ölüb. Onların hamısı xarici turistlərdir.
Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə aparılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, İtaliyadan gələn qonaq hücumun qurbanı olub. Üç turistin vəziyyəti orta ağırdır. Digər iki nəfər isə yüngül xəsarət alıb.
Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.
23:49
Cümə günü axşam saatlarında Təl-Əviv sahilində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumata görə, terrorçu idarə etdiyi avtomobillə bir neçə piyadanı vurub.
Daha sonra o, maşından düşərək, ətrafdakılara atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirib. Təl-Əviv sahilinə çoxlu sayda polis və təcili yardım maşınları toplaşıb.
23:28
Təl-Əviv sahilindəki terror aktı nəticəsində 7 nəfər yaralanıb.
Bu barədə İrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Polis bildirib ki, adı açıqlanmayan şəxs Təl-Əviv sahilində avtomobilini piyadaların üzərinə sürüb. O, artıq zərərsizləşdirilib.
Hadisə terror aktı kimi qiymətləndirilib.
Qeyd edək ki, daha əvvəl ölkə mediası Tel-Əviv sahilində atışma nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?