GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İki yarışın həqiqəti - türk düşmənlərinin ermənilər üçün "qəhrəman"a çevrilməsi - ŞƏRH

İki yarışın həqiqəti - türk düşmənlərinin ermənilər üçün "qəhrəman"a çevrilməsi - ŞƏRH

Tarix: 17-04-2023, 17:41 Bölmə :Dünya Baxış: 158


Ağır Atletika üzrə Avropa çempionatına ev sahibliyi edən ermənilər sifətlərini gizlədə bilmədi.

Bu etnos uzun illərdir türk düşmənçiliyi edir. Ancaq bu cür faşist təfəkkürə sahib olan Ermənistan hakimiyyəti və cəmiyyəti qonşu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından, sülhdən danışmaqdan utanmırlar. Onlar türklərə qarşı cinayət törədənləri, soyqırımı edənləri “milli qəhrəman” sayırlar. Qaregin Njde, Andronik Ozanyan erməni gənclərinin ideallarıdır. Bu etnosun yeni nəsli belə “qəhrəmanlar”ın çürük və faşist düşüncələri ilə tərbiyə olunurlar. Onların davamçıları Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan idi. Onlar Xocalıda əliyalın dinc sakinlərə odlu silahdan atəş açıb, soyqırımı törətməklə qürrələniblər. Bu gün də həmin şəxslər Ermənistan cəmiyyətində aparıcılardan sayılırlar.

Ermənilər terrorçu, fəaliyyəti dünyanın bir çox ölkələrində qadağan olunmuş ASALA ilə fəxr edirlər. İki il əvvəl onun üzvlərindən biri Xambik Sasunyan İrəvanda “qəhrəman” kimi qarşılanmışdı. O, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelosdakı baş konsulu Kamal Arıkanı odlu silahdan atəş açaraq qətlə yetirmişdi. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınamışdı. Bu terrorçu 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası tərəfindən əfv edilsə də, ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

2021-ci il noyabrın 13-də, yəni Ermənistan kapitulyasiya aktını imzalayandan bir il üç gün sonra Norayr Mirzoyan adlı erməni Azərbaycan və Rusiya hərbçilərinin üzərinə qumbara atmışdı. Bu, terror aktı idi. Rusiya sülhməramlıları terrorçunu saxlasa da, sonradan sərbəst buraxmışdılar. Mirzoyanı ermənilər “qəhrəman” olaraq qarşıladı.

Aprelin 15-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edildi. Bunu edən Aram Nikolyan adlı erməni də “qəhrəman” kimi alqışlandı. Bu azmış kimi, Ermənistanın hakimiyyət orqanları qarşı tərəfdən üzr istəməkdənsə, Azərbaycanı günahlandırmaqla bu vəhşiliyi törədənə haqq qazandırdılar.

Əslində, hadisələrə nəzər salanda Azərbaycan və Türkiyənin ermənilərə qarşı pis davranmadığı bir daha təsdiqlənir. İrəvanda yarış getdiyi gün Türkiyənin Antalya şəhərində də İdman gimnastikası üzrə Avropa çempionatı keçirilirdi. Həmin yarışda Ermənistan idmançısı Artur Davtyan çempion olub. Onun şərəfinə Ermənistanın dövlət bayrağı qaldırılıb, himni səsləndirilib. “Problem olmadı. Bizi çox səmimi və yaxşı qarşıladılar. Bayrağımız qalxdı, himnimiz səsləndirildi”, - idmançı İrəvandan bildirib. Bir neçə gün əvvəl isə Türkiyədə gənclər arasında gimnastika üzrə dünya çempionatı keçirilmişdi. Ermənistanın Hamlet Manukyan və Mamikon Xaçatryan adlı iki vətəndaşı da həmin yarışda iştirak etmişdi.

Ermənistan idmançılarının və siyasətçilərinin Azərbaycanda keçirilən tədbirlərdəki çıxışları da hay-küysüz və qalmaqalsız keçib, bayraqları isə təhqir edilməyib

Xatırladaq ki, 2015-ci ilin yayında Birinci Avropa Oyunlarında erməni əsilli Gevorq Manukyanın kürsüyə çıxması tamaşaçıların etirazı ilə qarşılanmışdı. Ancaq onda Azərbaycan Prezidenti İlham Əliyev tolerantlıq nümayiş etdirərək erməni idmançını şəxsən mükafatlandırmış, izdihamı bir hərəkəti ilə sakitləşdirmişdi. Bu, o dövr üçün çox mənalı jestlərdən sayıla bilərdi. Çünki onda Azərbaycan torpaqları işğal altında idi. Bu baxımdan Prezident Ermənistana və beynəlxalq ictimaiyyətə bir jestinin kifayət etdiyi ismarışını da verdi. Qeyd edək ki, həmin oyunların açılış mərasimində Ermənistan idmançıları Bakı Olimpiya Stadionundakı paradda dövlət bayrağı ilə birlikdə keçmişdilər. 2015-ci ilin sentyabrında Bakıda şahmat üzrə Dünya Kuboku yarışı olub. Bu yarışa Ermənistanı təmsil edən şahmatçılar da qatılmışdı. O vaxt bu ölkəni təmsil edən Levon Aronyan oyunlardan əvvəl bildirmişdi: “Mənə Bakı haqqında çox danışıblar. İmkan olsa, turnirin sonuna yaxın şəhərə baxmaq istərdim”. Levon Aronyana Bakını gəzmək üçün şərait yaradılmışdı.

İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatı isə erməniləri və Ermənistanı ifşa etdi, onların əzabkeş maskalarını yırtaraq vəhşi simasını göstərdi. Necə deyərlər: bir tərəfdə ermənini səmimi qarşılayan, heç bir sayğısızlıq etməyən türklər, o biri yanda isə bayrağı yandıranı “qəhrəman” kimi alqışlayan ermənilər. İndi özünüz seçin, qiymət verin.

SƏDRƏDDİN İSMAYILOV


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni deputat Njdeyə faşist deyən nazir müavinini dəstəklədi

    Erməni deputat Njdeyə faşist deyən nazir ...

    13-02-2021, 15:45

  • 
  • Ermənistanın keçmiş prezidentləri parlamentin 100 illiyi tədbirinə qatılmayıblar

    Ermənistanın keçmiş prezidentləri parlamentin 100 ...

    21-09-2018, 13:00

  • 
  • Ermənistan parlamentində Xocalı soyqırımı etiraf edildi

    Ermənistan parlamentində Xocalı soyqırımı etiraf ...

    4-07-2013, 17:56

  • 
  • Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya töküb

    Rusiyada deputat erməni-faşist Qaregin Njdenin ...

    13-11-2019, 14:56

  • 
  • İranda Türkiyə əleyhinə aksiya - "Məhv olsun faşist Türkiyə" - VİDEO

    İranda Türkiyə əleyhinə aksiya - "Məhv olsun ...

    28-04-2015, 22:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu