Gundemxeber.az » Dünya » Avropa İttiaqı Çinlə münasibətlərin normallaşdırılması şərtini açıqlayıb
“Rəsmi Pekin Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa inandırmaq üçün öz təsirindən istifadə etməsə, Avropa İttifaqı (Aİ) Çinlə münasibətləri normallaşdıra bilməz”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
Onun sözlərinə görə, Aİ-nin Çinə mesajı kifayət qədər aydındır: “Çin müharibənin dayanması üçün Rusiyaya təsir etməli, imkanlarını ortaya qoymalıdır”.
J.Borel bildirib ki, indiki halda neytrallıq Rusiyanın xeyrinədir: “Çünki Ukraynanın sərhədləri beynəlxalq hüquqla qorunur. Dünya dövlətləri də bu sərhədləri tanıyır”.
Aİ nümayəndəsi həmçinin qeyd edib ki, dünyadakı mövqeyini nəzərə alsaq, Çinlə danışıqlar davam etdirilməlidir.
GUNDEMXEBER.AZ
27-05-2014, 10:28
31-01-2020, 14:04
15-05-2018, 16:25
26-09-2014, 07:31
23-07-2013, 15:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?