GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranı lərzəyə salan 22 may etirazları… - Azərbaycan türklərinə qarşı repressiyaların yeni dalğası

İranı lərzəyə salan 22 may etirazları… - Azərbaycan türklərinə qarşı repressiyaların yeni dalğası

Tarix: 17-05-2023, 22:39 Bölmə :Dünya Baxış: 278

Güney Azərbaycanda 2006-ci ilin mayında başlayan tarixi etiraz aksiyalarından 17 il ötür. Buna baxmayaraq, həmin aksiyalarda qaldırılan problemlər, səsləndirilən şüarlar bu gün də aktualdır.


Qeyd edək ki, bu aksiyalar 2006-cı il mayın 12-də İran hakimiyyətinə yaxın olan “İran” rəsmi qəzetində Azərbaycan türklərini tarakan kimi təsvir edən karikaturanın dərc edilməsindən sonra başlamışdı.




“Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlıqlı karikaturada, tarakan bu suala “Nəmənə?” (Nə?) cavabı verir. Mövzu boyu karikaturadakı oğlan (farsları təmsil edir) tarakanın danışığından heç nə başa düşmür.

Güney Azərbaycanlıların bu karikatura və dialoqa cavabı çox yubanmadı. Bədnam karikatura ilə bağlı xəbər bütün Güney Azərbaycanda kütləvi etirazlara səbəb oldu. Təbriz, Urmiya, Ərdəbil, Xoy, Mərənd, Maku, Miyana, Sulduz və başqa şəhərlərində keçirilən çoxminli aksiyalar İran rejimini lərzəyə gətirdi. Günlərlə davam edən aksiyaların qarşısı İran hakimiyyəti tərəfindən zorakılıqla alındı.


Rəsmi mənbələrə görə etirazlar nəticəsində 330 nəfər həbs edildi, 4 etirazçı isə həlak oldu. Etirazçıların bildirdiyinə görə isə aksiya nəticəsində 5 mindən çox etirazçı həbs edildi, 150 nəfər öldürüldü. Aksiya iştirakçıları arasında itkin düşənlər də var.


Baş verənlərdən sonra “İran” qəzeti 5 ay bağlı qaldıqdan sonra yenidən fəaliyyətini davam etdirdi. Qəzetin redaksiya heyəti və rəhbəri Qulamhüseyn İslamifərə bəraət verildi. Azərbaycanlıları qətl edən hərbi-polis qüvvələrinin isə təəssüf ki, heç bir üzvü cəza almadı.

Azərbaycan xalqının fars şovinizminə qarşı mübarizə tarixində vacib yer alan bu hadisə bu gün də unudulmur. Bu il də Berlindəki soydaşlarımız 20 may tarixində hadisə ilə əlaqədar olaraq aksiya keçirəcəklər.




Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Bakupost.az -a açıqlamasında bildirib ki, 2006-cı il mayın 22-də Güney Azərbaycanda, eləcə də İranın başqa şəhərlərində keçirilən aksiyalar Güney Azərbaycan türkünün millli varlığını qorumaq, bəyan etmək üçün keçirilən vacib aksiyalar idi:


"Çünki həmin aksiyalarda fars şovinizminə qarşı şüarlarla yanaşı, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Dil haqqı, məktəb haqqı” kimi şüarlar da səsləndirildi. İran hakimiyyəti konstitusiyaya uyğun addım atsaydı, türkün öz dilində məktəbi olsaydı, türklərə qarşı ayrı-seçkilik də olmazdı. Karikatura ilə bağlı hadisə 100 ildən çox fars şovinizminin türklərə qarşı apardığı milli ayrı-seçkiliyin yeni forması idi. Hər addımbaşı türkləri bu tip məsələlərlə təhqir ediblər.


İran hökuməti Güney azərbaycanlıların milli oyanışından qorxurdu. Bu oyanışın qarşısını almaq üçün hərəkat liderlərini ortalığa çıxarıb onları məhv etmək üçün belə bir karikatura çap etdirdilər. Bu, bir daha İslam adı altında fəaliyyət göstərən İran şovinistlərinin mövqeyini ortaya qoydu”.


S.Soltanbildirib ki, fars hökuməti türklərin milli- mənəvi ideologiyasını məhv etmək üçün hər zaman əlindən gələni edib:

“Fars şovinizminin əsasında ölkədə yanlız farsların olduğu, digər millətlərin farsın tör-töküntüsü olduğu iddia olunurdu. Ona görə də Rza Pəhləvinin dövründə dövlət siyasəti səviyyəsində həyata keçirilən bu ideologiyada türklərin aşağılanması əsas element idi. Məqsəd türkü öz milli mənsubiyyətindən imtinaya etməyə, özünü "azərilər" adlandırmağa məcbur etmək idi”.

S.Soltan türklərin tarix boyu öz mübarizəsindən əsla geri dönmədiyini vurğulayıb:

“Türklər Pəhləvilərin hakimiyyəti dövründə də mübarizələrini davam etdirib. 1945-46-cı illərdə milli haqların təmin olunması uğrunda mübarizənin növbəti mərhələsi baçlayıb və Azərbaycan Milli Hökuməti qurulub. 1979-cu il İnqilab dövründə də Ayətullah Şəriətmədarinin liderliyi ilə azərbaycanlıların yenə də milli hərəkatı baş tutub. Həmin hərəkatda da Ayətullah Şəriətmədari Ruhullah Xomeyninin liderliyi ilə qətlə yetirilib. Şəriətmədarinin Xalq Müsəlman Təşkilatı ləğv edilib, üzvləri isə ölkədən qaçmağa məcbur olub.

İran-İraq müharibəsi bitdikdən sonra Azərbaycan türkləri yenidən milli haqları uğrunda mübarizəyə başlayıb. SSRİ-nin dağılması ilə bu mübarizə İranın bütün bölgələrinə yayılıb. Farslar tərəfindən təhqir edilməmək, assimiliyasiyadan xilas olmaq üçün güneyli soydaşlarımız yenə də etirazlara davam edirlər. Azərbaycan türkü bu gün yeni şüarla mübarizə aparır: “Azadlıq, ədalət, milli hökumət!”. Uzun illərdir davam edən bu mübarizənin əvvəl-axır öz hədəfinə çatacağı heç kimdə şübhə doğurmur".



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı fəallar Savalan zirvəsində - İrana etiraz

    Azərbaycanlı fəallar Savalan zirvəsində - İrana ...

    30-07-2018, 12:36

  • 
  • Ankarada ‘May Qiyamı’ ilə bağlı konfrans keçirilib

    Ankarada ‘May Qiyamı’ ilə bağlı konfrans keçirilib ...

    1-05-2018, 16:47

  • 
  • Etiraz aksiyalarında öldürülən güney azərbaycanlılardan 3-nün kimliyi müəyyən edilib

    Etiraz aksiyalarında öldürülən güney ...

    25-11-2019, 14:32

  • 
  • İran hakimiyyəti aksiyalar zamanı 25 nəfərin öldüyünü açıqlayıb

    İran hakimiyyəti aksiyalar zamanı 25 nəfərin ...

    14-01-2018, 18:34

  • 
  • Pəhləvilərdən fərqlənməyən Tehran rejimi – bunu təsdiqləyən may hadisələri – ŞƏRH

    Pəhləvilərdən fərqlənməyən Tehran rejimi – bunu ...

    11-05-2023, 18:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu