Qəbələ RLS-in əmlakının inventarlaşdırılması üzrə komissiya yaradılıb
gundemxeber.az Nazirlər Kabineti Qəbələ RLS-in daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə komissiyasının Azərbaycan tərəfdən tərkibinin formalaşdırılması barədə sərəncam verib. Komissiyaya tapşırılıb 1 ay müddətində Qəbələ RLS-in əmlakının inventarlaşdırılmasını həyata keçirsin və nəticələri barədə məlumatları Nazirlər Kabinetinə təqdim etsin. Azərbaycan tərəfdən komissiyanın rəhbəri ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev təyin edilib. Komissiyaya Müdafiə Nazirliyinin müxtəlif qoşun hissələrinin nümayəndələri, Dövlət Əmlak Komitəsi, XİN, Ədliyyə Nazirliyi, DİN, Müdafiə Sənayesi Nazirliyi, RİTN, Ekologiya Nazirliyi, Torpaq və Gömrük komitələri, Elmlər Akademiyası, «Azərenerci» ASC, «Azərsu» SC və digər qurumların təmsilçiləri daxildir. “Xəbər xidməti”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?