Gundemxeber.az » Dünya » ABŞ nüvə silahlarını modernləşdirməyi planlaşdırır
ABŞ bir sıra nüvə silahlarını modernləşdirməyi, həmçinin yenilərini istehsal etməyi planlaşdırır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) Konqresə təqdim etdiyi hesabatında deyilir.
Xüsusilə, nüvə başlıqları üçün 80 plutonium nüvəsinin istehsalı, dənizdən buraxılan “Tomahawk” qanadlı raketləri təchiz etmək üçün W80-4 döyüş başlığının modernləşdirilməsi, hazırlanmaqda olan “Sentinel” qitələrarası ballistik raketi üçün W87-1 nüvə başlığının yaradılması, perspektivli “Columbia” sinifli sualtı qayıqların ballistik raketlərinin W93 döyüş başlığının yaradılması, hazırkı Ohayo sinifli strateji sualtı qayıqlar üçün W88 döyüş başlıqlarının modernləşdirilməsi, həmçinin B61-12 bombalarının istehsalının davam etdirilməsi planlaşdırılır.
Hesabatda ABŞ Hərbi Hava Qüvvələrinin yeni B61-12 nüvə bombaları aldığı da bildirilir. Onlar indi B-2 Spirit strateji bombardmançıları ilə təchiz olunublar.
Hazırda beş Avropa ölkəsində və Türkiyədə altı əməliyyat bazasında yeraltı anbarlarda təxminən 100 ədəd B61 taktiki nüvə bombası saxlanılır.
GUNDEMXEBER.AZ
4-03-2016, 11:45
25-01-2014, 14:27
15-12-2017, 10:22
6-02-2015, 23:10
7-03-2016, 14:18
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?