Gundemxeber.az » Dünya » “Tesla” liderliyi əldən verdi
ABŞ-nin “Tesla” şirkəti 2023-cü ilin dördüncü rübündə satılan elektrik avtomobillərinin sayına görə ilk dəfə olaraq rəqibi - Çin avtomobil istehsalçısı BYD-dən geri qalıb.
Gundemxeber,az xarici mediaya istinadla bildirir ki, oktyabr-dekabr ayları arasında “Tesla” dünya üzrə 484 507 elektrikli avtomobil satıb ki, bu da üçüncü rüblə müqayisədə 11 faiz çoxdur. Bununla belə, BYD 2023-cü ilin son üç ayında 526 409 elektrikli avtomobil sataraq rəqibini geridə qoymağı bacarıb.
Cəmi bir il ərzində “Tesla” 1,8 milyon elektrik avtomobili tədarük edib və hədəflərini aşıb. Analitiklərin fikrincə, 2024-cü ildə bu rəqəm 2,1 milyon avtomobilə çata bilər.
BYD isə keçən il 1,6 milyon elektrik avtomobili və daha 1,4 milyon hibrid avtomobil satıb.
Gundemxeber,az
7-09-2017, 15:28
18-02-2016, 17:27
18-04-2023, 22:03
17-10-2015, 13:06
3-01-2014, 01:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?