Gundemxeber.az » Dünya » Rusiyada çoxuşaqlı ailələr stimullaşdırılır FƏRMAN
Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələrin statusunu federal səviyyədə möhkəmləndirilməsi və onlara dəstək tədbirlərinin müəyyən edilməsinə dair fərman imzalayıb.
Gundemxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.
Bildirilir ki, əvvəllər bu status qanunla təsbit edilməmişdi və regionlar çoxuşaqlı ailələr üçün meyarları müstəqil olaraq müəyyən edirdi.
Ölkədə çoxuşaqlı ailənin vahid tərifinin tətbiqi ideyası ötən ilin martında Rusiyanın baş naziri Mixail Mişustin tərəfindən dəstəklənib. Əmək Nazirliyi üç və daha çox azyaşlı uşağı olan ailələrin böyük ailə hesab olunmasını təklif edib.
Əlavə edək ki, bu gün, yanvarın 23-də Putin “Sevimli doğmalar” forumunda Rusiya Federasiyasında "Ailə ili"nə start verəcək.
RF rəhbərliyinin belə bir addım atnası ölkənin demoqrafik durumunun pisləşməyə doğru meyllənməsi üzündədir. Belə ki, Rusiya əhalisi ildən-ilə azalır.
Gundemxeber.az
20-10-2014, 12:57
11-09-2013, 01:23
19-07-2019, 11:10
9-03-2015, 22:43
30-05-2018, 12:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?