Gundemxeber.az » Dünya » SEPAH Suriyadakı iranpərəst qruplara tapşırıq verdi
İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) Suriyadakı iranpərəst qruplara ABŞ hərbi bazalarına hücumları dayandırmağı əmr edib.
Gundemxeber.az bildirir ki, SEPAH rəhbərliyi Suriyada, xüsusilə Deyr əz-Zorda nəzarəti altında olan qruplara ABŞ bazalarına hücum edilməməsi barədə tapşırıq verib.
Bu barədə Suriya İnsan Haqlarına Riayət Edilməsi Monitorinq Mərkəzindən məlumat verilib. Bununla paralel olaraq, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlarda iştirakı barədə ABŞ-nin İrana qarşı ittihamları fonunda bütün iranpərəst silahlı birləşmələr maksimum döyüş hazırlığı vəziyyətindədirlər.
Həmçinin “Kataib Hizbullah” hərəkatı İraq və Suriyadakı ABŞ bazalarına hücumları dayandırıb.
İranyönlü qrup bildirib ki, bu qərarına səbəb “İraq hökumətini pis vəziyyətdə qoymaq istəməsidir”.
“Biz İraq hökumətini rüsvay etməmək üçün hərbi əməliyyatların dayandırıldığını elan edirik”, - deyə hərəkatın bəyanatında qeyd edilib.
Bundan əlavə, “Hizbullah azad briqadalar”ın döyüşçülərini də eyni addımı atmağa çağırırlar, lakin onlar Qəzza zolağında HƏMAS-a dəstək verməkdən imtina etmirlər.
Qeyd edək ki, ABŞ hərbçilərinin ölümü ilə nəticələnən ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumunda məhz “Kataib Hizbullah” ittiham olunur.
Məlumata görə, 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına qədər ABŞ bazaları müxtəlif qruplar tərəfindən 166 dəfə hücuma məruz qalıb.
Gundemxeber.az
15-04-2020, 16:51
13-01-2020, 21:11
6-12-2014, 23:37
8-01-2020, 15:00
8-01-2020, 14:03
Sorğu
Yeni dizaynımız necədir?