Almaniya Hindistanla Ukrayna üçün mərmilərin tədarükü ilə bağlı gizli danışıqlar aparır.
Bu barədə “Der Spiegel” nəşri öz mənbələrini istinadla xəbər verib.
Bildirilir ki, danışıqların gizli aparılmasına səbəb Nyu-Delhinin Moskva ilə dostluq münasibətlərinin olmasıdır. Nəşrdə həmçinin vurğulanır ki, Hindistanda yüzminlərlə artilleriya mərmisi saxlanılır.
Ehtimal olunur ki, Ukraynanın maraqlarına uyğun belə əməliyyatlar ərəb ölkələri ilə də mümkündür. Nəşrin müsahibə götürdüyü ekspertlər hesab edirlər ki, Balkan ölkələri və bir sıra Afrika ölkələrinin sursat vermək imkanı var.
Almaniya və Hindistan danışıqlar barədə məlumatı şərh etməyib.
Qeyd edək ki, 2023-cü ilin martında Avropa İttifaqı Ukraynaya 12 ay ərzində bir milyon artilleriya mərmisi verəcəyini vəd etmişdi - lakin 10 ay ərzində bu ölkəyə cəmi 330 min mərmi çatdırılıb.
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?