Fransanın bir çox dövlət qurumlarının onlayn resursları güclü kiberhücuma məruz qalıb.
Gundemxeber.az bildirir ki, bu barədə hökumtdəki mənbələrə istinadən BFMTV kanalı məlumat yayıb.
Bildirilib ki, hücum “bazar günü axşam başlayıb.
Hazırda hakerlərin əməllərindən dəyən ziyan minimuma endirilib, dövlətin informasiya resurslarına çıxışı bərpa edilib.
Telekanalın məlumatına görə, dövlət qurumları DDoS hücumuna məruz qalıb ki, bu zaman internet resursuna çoxsaylı müraciətlər onun həddən artıq yüklənməsinə səbəb olur.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?