Gundemxeber.az » Dünya » Qardaşına qarşı uğursuz çevrilişə cəhd edən Rifat Əsəd insanlığa qarşı cinayətlərdə ittiham olunur
İsveçrə Federal Prokurorluğu hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin işini məhkəməyə verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsveçrə hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, ittiham aktı “1982-ci ilin fevralında Həma şəhərində Suriya silahlı qrupları ilə islamçı müxalifət qüvvələri, xüsusən də “Müsəlman Qardaşlar” təşkilatının silahlı qanadı arasında qarşıdurma zamanı baş vermiş hadisələrə əsaslanır.
Prokurorluğun məlumatına görə, Suriyanın hazırkı prezidenti Bəşər Əsədin əmisi olan Rifat Əsəd Həma əməliyyatının komandiri kimi cinayətlər törədib.
Qeyd edək ki, prokurorluğa müraciət “TRIAL İnternational” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə baş tutub. Cinayət işi universal yurisdiksiya əsasında açılıb, istintaq açılan zaman Rifat Əsəd İsveçrədə olub.
Xatırladaq ki, Rifat Əsəd 1971-2000-ci illərdə ölkəyə rəhbərlik etmiş Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik qardaşıdır. O, 1984-cü ildə Hafiz Əsədə qarşı uğursuz çevriliş cəhdindən sonra Suriyanı tərk edərək Avropada, o cümlədən İsveçrə və Fransada yaşayıb. 2021-ci ildə Fransadan Suriyaya qayıdıb. Rifat Əsəd 1984-1998-ci illərdə ölkənin vitse-prezidenti vəzifəsində çalışıb.
Gundemxeber.az
22-05-2013, 02:23
26-03-2014, 10:08
8-02-2016, 14:43
10-06-2013, 23:20
3-09-2018, 12:34
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?