Gundemxeber.Az xarici mediaya istinadən bildirir ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei prezident seçkisinə qatılan seçicilərin sayının az olduğunu etiraf edib.
“Prezident seçkilərinin ikinci mərhələsi çox vacibdir” deyən ayətullah Seyid Əli Xamənei bildirib ki, İslamı və İslam Respublikasını, ölkənin tərəqqisini sevənlər bunu seçkilərdə iştirakları ilə göstərməlidirlər.
Onun sözlərinə görə, birinci turda səs verməyənlərin sistemin əleyhinə olduğunu düşünmək tamamilə yanlışdır: “Biz bilirik ki, bu sistemin prinsipi və İslam hakimiyyətinin prinsipləri ilə razılaşmayanlar var, bəli, onlar var, amma səs verməyən hər kəsi bura daxil etməyimiz çox böyük səhvdir. Heç kim bu səhvə yol verməməlidir”.
Xamənei qeyd edib ki, problemlər, çətinliklər var, ancaq hövsələləri və vaxtları yoxdur: “Belə ki, bu iş üçün hər cür maneələr var”.
O vurğulayıb ki, problemlərin səbəblərini siyasilər və sosioloqlar araşdırmalıdır.
Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçib. Siyasi kampaniyanın bu mərhələsi iyulun 5-də keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?