Türkiyə Milli Müdafiə Nazirliyi Ankara və Vaşinqtonun S-400 və F-35 məsələlərinə münasibətində heç bir dəyişiklik olmadığını bildirib, Ankaranın yenidən F-35 proqramına daxil edilməsi müqabilində Rusiyadan alınan S-400-lərin ABŞ-ın nəzarətindəki İncirlik hərbi bazasında saxlanılacağı barədə xəbərləri təkzib edib.
Gundemxeber.az xarici xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə bu gün Türkiyə Müdafiə Nazirliyinin mətbuat brifinqində məlumat verilib.
"Yunan qəzetlərinin Türkiyənin F-35 proqramına yenidən daxil olması müqabilində S-400-lərin İncirlikdə ABŞ nəzarətində qalacağına dair iddiaları ilə bağlı üçüncü ölkə xəbərlərinə etibar etməyin", deyə Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.
Türkiyə Müdafiə Nazirliyi hazırda Türkiyə və ABŞ-ın S-400 və F-35 məsələlərinə münasibətində heç bir dəyişiklik olmadığını, müttəfiqlərin bir-birinə məhdudiyyət və ya sanksiyalar tətbiq etməsinin düzgün olmadığını qeyd edib, çünki bu, ittifaqın birlik ruhuna ziddir.
"Türkiyə gözləyir ki, müttəfiqlər alyansın ruhuna və təhlükəsizliyin ümumi perspektivinə uyğun qərar qəbul edəcək və bütün gizli və açıq məhdudiyyətləri aradan qaldıracaq", deyə Müdafiə Nazirliyi bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?