Çexiyanın Jdar nad Sazavou şəhərinin rəhbərliyi insanların tabutlarda dəfn edilməsini qadağan edib və bu, yerli sakinlər arasında narazılığa səbəb olub.
Gundemxeber.az xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.
Artıq şəhərdə yüzlərlə ailə yaxınlarını tabutda dəfn etməyə icazə verilməməsinə etiraz edir. Qeyd olunub ki, qadağa qəbiristanlığın 80 faizində qrunt sularının yüksək olması, eləcə də kifayət qədər havanın keçməsinə imkan verməyən gil torpaqlar səbəbindən tətbiq edilib.
Bu səbəbdən bəzi şəhər sakinləri vəfat etmiş yaxınlarının qalıqlarını çıxarıb, başqa yerə köçürməli olublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?