GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Əsədi devirən silahlılar bir çətir altında

Əsədi devirən silahlılar bir çətir altında

Tarix: 26-12-2024, 11:37 Bölmə :Dünya Baxış: 86

Türkiyənin dəstəyi ilə 300 minlik nizami ordu yaradılır və silahlı qruplar ləğv edilərək Müdafiə Nazirliyinə tabe olur

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində iştirak edən silahlı qruplar özlərini buraxmaq barədə razılığa gəliblər. Nəzərə çatdıraq ki, bu, Türkiyənin “yol xəritəsi”ndə əsas məsələ idi və artıq uğura nail olunub. Silahlı qruplaşmalar Müdafiə Nazirliyinin çətiri altında birləşməyə razılıq veriblər. Bu razılıq Suriyada hakimiyyətin lideri Əhməd-əl Şara ilə silahlı qrupların rəhbərləri arasında görüşdə əldə edilib. Suriyanın baş naziri Məhəmməd əl-Bəşir keçən həftə bildirib ki, nazirlik keçmiş silahlı qruplaşmalardan və Bəşər Əsəd ordusundan qaçan zabitlərdən istifadə edilməklə yenidən strukturlaşdırılacaq. Suriyanın yeni rəhbərliyi Bəşər Əsədi devirən üsyançıların aparıcı simalarından hesab edilən Murhaf Əbu Qəsrəni müvəqqəti hökumətdə müdafiə naziri təyin edib.

Suriyada silahlı qruplar dekabrın 8-də Dəməşqə nəzarəti ələ keçirib. Bəşər Əsəd Rusiyaya qaçmağa məcbur olub. Silahlı qruplaşmaların MN-də birləşməsi Suriyada sabitliyin bərpasına səbəb olacaqmı? “Suriyada Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə 300 min nəfərlik yeni ordu qurulacaq”. Bunu suriyalı general Əhməd Osman “Türkiyə Gazetesi”nə açıqlamasında bildirib. Məlumata görə, Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriya bütün müxalif qrupları paytaxt Dəməşqə çağırıb. Türkiyənin məsləhətləri və hərbi dəstəyi ilə bir yerə toplanacaq yeni ordudan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 5 kritik nöqtədə hərbçilərinin olacağı bildirilib. Bundan əlavə, Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi deyilir. Suriyalı general Əhməd Osman türk nəşrinə açıqlamasında təcili olaraq 70-80 min nəfərlik ordu skeletinin formalaşdırılacağını bildirib. Suriya ilə bağlı beynəlxalq danışıqlar proseslərində hərbi nümayəndə kimi xidmət edən general Osman bu yaxınlarda ölkənin yeni lideri Əhməd əl-Şara ilə təkbətək görüşdüklərini qeyd edib.

Ramiyə Məmmədova: “Ərdoğana müxalif olan partiyaların sayı artmaqdadır”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Suriyada Əsədi devirənlər Müdafiə Nazirliyinə tabe olurlar. Onun fikrincə, söhbət Azad Suriya Ordusu və "Təhrir-əş Şam" kimi silahlı qruplaşmalardan gedir: “Digər silahlı müxalif güclər də var. Amma YPG və PKK kimi silahlı kürd terror qrupları istisnadır. Ölkədə hələ də İŞİD və PKK problemi qalmaqdadır. Müdafiə Nazirliyinə tabe olduqdan sonra həmin qüvvələr adıçəkilən terror təşkilatlarına qarşı mübarizəyə başlaya bilər. Sözsüz ki, Türkiyənin xüsusi dəstəyi olacaq. Məncə, Türkiyənin nəzarəti altında Suriyada prosesləri ağrısız həyata keçirirlər. Qardaş ölkə sübut edir ki, əlini qoyduğu hər bir işdə müsbət təsir göstərir. Ancaq başqa dövlətlər müdaxilə edəndə böhran yaranır. Türkiyə isə böhranı aradan qaldırır. Zənnimcə, Suriya ordusu yenidən komplektləşdiriləcək”.

Təhlilçi hesab edir ki, Suriyanın milli ordusu formalaşdıqdan sonra genişmiqyaslı antiterror əməliyyatı mümkündür: “Əsəd rejiminə xidmət etmiş, amma son hadisələrdə döyüşməyən hərbçilərin də orduda xidməti davam edəcək. Putin açıqladı ki, 30 minlik qüvvə silahlı müxalifətlə döyüşmədən geri çəkildi. Həmin silahlı qüvvələr Suriya milli ordusunda xidməti davam etdirəcəklər. Onlar Əsəd rejimindən üz çevirmiş, döyüşmək istəməyən suriyalı əsgərlər idi. Hakimiyyət onlara normal maaş da vermirdi. Hazırda ABŞ Türkiyənin Suriyadakı addımlarını dəstəkləmiş kimi görünür”. 

Emil SALAMOĞLU









  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsəd razılığa gəldi

    Əsəd razılığa gəldi ...

    22-05-2013, 02:23

  • 
  • Əsəd Paşinyana təşəkkür etdi – ABŞ-ı qəzəbləndirəcək anlaşma

    Əsəd Paşinyana təşəkkür etdi – ABŞ-ı ...

    19-12-2018, 12:42

  • 
  • Bəşər Əsəd: "Ərdoğan məni satdı..."

    Bəşər Əsəd: "Ərdoğan məni satdı..." ...

    10-06-2013, 23:20

  • 
  • Rusiyada Bəşər Əsədi görün necə dəstəklədilər?! FOTO

    Rusiyada Bəşər Əsədi görün necə dəstəklədilər?! ...

    14-10-2015, 11:45

  • 
  • Əsədi öz ölkəsində vurdular: Hərbi bazası hücuma məruz qaldı

    Əsədi öz ölkəsində vurdular: Hərbi bazası hücuma ...

    25-05-2018, 11:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu